"Ənənəvi olaraq, Azərbaycan xalqına düşmən münasibəti bəsləyən ABŞ Konqresində növbəti bir anti-Azərbaycan tədbir keçirilmişdir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” kimi təxribatçı başlıq altında keçirilmiş dinləmə Konqresin səlibçi mentalitetini, korrupsiyaya uğramış bu strukturun insan hüquqlarına zidd və etnik ayrı-seçkilik yanaşmasını faş etmişdir".
Diaspor info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Bildirilib ki, dinləmələrdə çıxış etmiş həm hökumət rəsmiləri, həm də konqresmenlər regionda sülhə maneə törədən və düşmənçiliyi qızışdıran bəyanatlar vermişlər. Açıq-aydın görünür ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə yaranmış sülh imkanından ciddi şəkildə narahat olub. ABŞ rəsmilərinin verdikləri bəyanatların desktruktiv olması onun beynəlxalq hüquqa zidd, böhtan və etnik ayrı-seçkilik xarakteri daşıyan məzmunundan aydın olur.
"İlk öncə qeyd edək ki, 300 mini Ermənistandan olmaqla bir milyondan artıq azərbaycanlının zorla öz evlərindən qovulmasına, Ermənistanın azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliam və digər insanlıq əleyhinə törətməsinə baxmayaraq, ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməmişdir. Bu azmış kimi, ABŞ Konqresi azərbaycanlıların Ermənistandan kütləvi qovulmaqda olduğu 1988-ci ildə anti-Azərbaycan qətnamələr qəbul edərək, faktiki olaraq Ermənistanın törətdiyi etnik təmizləməyə və insanlıq əleyhinə cinayətlərə dəstək vermişdir. Üstəlik, 1992-ci ildə bədnam 907-ci düzəlişi qəbul edərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğala və işğal edilmiş Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasını dəstəkləmişdir.əslində sülhün əldə edilməsinə qarşı çıxır.
ABŞ hökuməti regionda cərəyan edənlərdən düzgün nəticə çıxarmalı, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə meydana çıxan unikal sülh imkanının reallaşmasına mane olmamalıdır.
Biz ABŞ hökumətini etnik qərəzinə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna hörmət etməyə çağırırıq", - bəyanatda vurğulanıb.