Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.
Diaspor info xəbər verir ki, Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi: Zati-aliləri Prezident İlham Əliyev, ADA Universitetinin təşkil etdiyi forumun hörmətli iştirakçıları.
Cənab Prezident, bu gün Sizi və bütün iştirakçıları bu tarixi dövrdə universitetimizdə salamlamaqdan böyük şərəf və məmnunluq duyuram. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət Sizin uzaqgörən liderliyiniz sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyevin uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Cənab Prezident, icazə verin Sizi bu misilsiz nailiyyət münasibətilə təbrik edim və Sizə Qarabağın bərpası və yenidən qurulması işində uğurlar diləyim.
Qarşımızda nəhəng vəzifə var. İnfrastruktur layihələri ilə yanaşı əsas vəzifə azərbaycanlı məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. Bir milyona yaxın azərbaycanlı işğalın qurbanı olub, onların evləri talan edilib və dağıdılıb. Hökumətin tapşırığı əsasında son 3 il ərzində ADA Universitetinin tədqiqatçıları məcburi köçkün ailələri ilə görüşərək onların ehtiyacları və prioritetlərini daha yaxşı anlamaq üçün müxtəlif sorğular aparmışdır. Onların əksəriyyəti doğma şəhər və kəndlərinə qayıdışla bağlı böyük istək ifadə etmişdir.
Dünən forum iştirakçıları azad olunmuş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kəndindəki inkişafın şahidi olmuşlar.
Məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə imkan verəcək.olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır.
Bu seçimlər verilmişdi və təəssüflər olsun ki, bizim müraciətlərimiz və bəyanatlarımız lazımi şəkildə dəyərləndirilmədi.
May ayında Şuşadakı görüşümüzdən sonra may ayının sonunda Laçına qayıtmış keçmiş məcburi köçkünlərlə görüşdə mən vəziyyətlə bağlı mövqeyimi ifadə etdim və bildirdim ki, bu məsələnin normal həlli yolunu tapmaq üçün imkan var. Onu da dedim ki, separatçıların liderlərinin təslim olacağı təqdirdə onların amnistiyaya düşmək fürsəti olacaqdır. Bu, ictimai bəyanat idi. Təəssüflər olsun ki, bir daha mənim sözlərim lazımi şəkildə qiymətləndirilmədi. Hazırda separatçıların liderləri Azərbaycandadır. Onlar bura gəlmək istəyirdilər. Onlar bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər.ki, bu gün təcridxanada verdikt gözləyirlər. Biz təklif etdik ki, ikinci görüş Yevlax şəhərində keçirilsin, o, Qarabağa yaxın, maşınla bir saatlıq məsafədə yerləşir və bu görüşlər müntəzəm olsun. Təəssüflər olsun ki, Qarabağ erməniləri, yəni özlərini lider hesab edənlər bundan imtina etdilər. Bir neçə dəfə, ən azı iki dəfə biz ictimai şəkildə bəyan etdik ki, onları dəvət edirik, lakin onlar bundan imtina etdilər.Sammut (Niderland): Cənab Prezident, tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi? Siz bu istiqamətdə hansı addımları atırsınız? Sizin çıxışlarınızı çox diqqətlə oxumuşam. Siz dəfələrlə Ermənistanla sülh müqaviləsinin bağlanmasının vacibliyindən danışmısınız. Ancaq artıq bir neçə ildir ki, bu məqsədə çatmaq mümkün deyil. Hesab edirsinizmi ki, bu sülh müqaviləsinin imzalanmasının ləngiməsində risklər var? Maneə yaratmaq istəyənlər fürsətdən istifadə edərək Ermənistan və Azərbaycanın faktiki razılığa gəlməsinin qarşısını almağa çalışacaqlarmı? Sizcə, bu prosesin yekunlaşdırılması üçün prosesə təcililik əlavə edilməlidirmi?
Prezident İlham Əliyev: Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.
Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.Araşdırmalar Fondunun prezidenti Ekaterine Metreveli: Cənab Prezident, fikirlərinizi bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edirəm. Cənab Prezident, mən də dünənki səfəri qiymətləndirmək üçün öz sələflərimə qoşularaq qısaca bildirmək istəyirəm ki, səfər bizdə xoş təəssüratlar oyatdı. Məcburi köçkünlərin problemi başa düşdüyümüz kimi asan proses deyil və biz bu işdə, regionun gələcək inkişafı yolunda şəxsən Sizə və Azərbaycana uğurlar arzu edirik. Mənim sualım daha çox müzakirə etdiyimiz məsələdən fərqli bir istiqamətə aiddir. Çünki Azərbaycan bu gün Avropa İttifaqı üçün geoiqtisadi və geosiyasi cəhətdən əhəmiyyət kəsb edir, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycan isə onun mühüm enerji təchizatçısıdır. Bu istiqamətdə daha da irəliyə getmək üçün planlar var. Bu kontekstdə Gürcüstan həm də tərəfdaş kimi mühüm rol oynayır və dost tranzit ölkədir. Təbii ki, bizim dostluğumuz ancaq tranzitə əsaslanmır, bu kontekstdə müxtəlif aspektləri də əhatə edir. Bildiyiniz kimi, biz Aİ-nin bir hissəsi olmağa çalışırıq və ümid edirik ki, dekabrda müsbət cavab alacağıq. Sonra gələcək addımların atılmasına ümid edirik. Azərbaycan Aİ üçün, sadəcə, tərəfdaş olaraq qalır. Bəs siz Gürcüstanın Aİ-yə doğru daha çox yaxınlaşmasının Azərbaycanla Gürcüstan münasibətlərinə necə təsir edəcəyi və ümumilikdə Aİ-nin Cənubi Qafqazda artan rolu barədə nə düşünürsünüz?sərhədinə qədər olan dəmir yolunun yenidən qurulmasını artıq tam başa çatdırmışıq. İndi qatarın sürəti saatda 120 kilometrdir və bu da bir neçə il əvvəl ilə müqayisədə (50-60 km/s) daha sürətlidir.
Eyni zamanda, hesab edirəm ki, bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək.
Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək - yəqin ki, artıq orada olan dəmir yolunu görmüsünüz. Bizim bu yolu Ermənistan ərazisindən davam etdirmək planımız var idi, lakin Ermənistan bundan imtina etdi. Beləliklə, biz İran tərəfi ilə razılaşdıq və biz artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistandan yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edirik. Bu yol Naxçıvandan keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. Türkiyə tərəfi bizə Qars-Naxçıvan dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Beləliklə, bu, Orta Dəhlizin daha bir qolu olacaqdır - biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bu, fiziki imkanları artırır, lakin, eyni zamanda, biz bu yolu kommersiya baxımından daha cəlbedici etməliyik. Bunun üçün biz artıq Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında çox səmərəli əməkdaşlıq formatı yaratmışıq.Şurasının Sədrinin vasitəçiliyi idi. Keçən il “Avropa Siyasi Birliyi”nin Praqada keçirilən Zirvə toplantısı çərçivəsində Prezident Mişel, baş nazir Paşinyan və mənim aramda keçiriləcək görüşə Fransa Prezidentinin dəvət edilməsi təklif olunanda etiraz etmədim. O vaxt düşündüm ki, faydalı ola bilər. Oktyabrın 6-da keçirilən bu görüşdə baş nazir rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıdı. Düzdür, sonradan o, digər bəyanatlar verdi, həmçinin qeyd etdiyim bəyanat - bu ilin sentyabr ayında “dağlıq qarabağ respublikası”na təbrikin göndərilməsi. Amma yenə də mən Praqa görüşünün nəticəsini müsbət kimi qəbul etdim. Biz bu formatda davam etməyə hazır idik.
Təəssüflər olsun ki, bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi. Biz nə etmişik ki? Beləliklə, özünü prosesdən ayırdı. Bizim mövqeyimiz tam aydındır - əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Biz ölkələrə tərəf tutmamaq üçün təsir edə bilmərik. Bunun müxtəlif səbəbləri var. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim.
Lakin Qranadadan əvvəl Kişineu var idi. Kişineuda Almaniya Kansleri Olaf Şolts da iştirak edirdi. Mən xatırlayıram, o dedi ki, “bizə ehtiyacınız olarsa, müraciət edin”. Əslində, bu, çox müdrik yanaşmadır. Kimsə istəmədiyi halda sən özünü necə vasitəçi olmağa məcbur etdirə bilərsən?istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilmirlər. Bəzilərində onlar yaşayır və lakin onların əksər hissəsi boşdur. Yəni, ən azı azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək imkanını yaratmalıdırlar. Hesab edirəm ki, bu, barışığın mühüm işarəsi ola bilərdi, çünki suallarda və ya şərhlərdə Fransa ilə Almaniya arasında yaxınlaşma ilə bağlı bəzi tarixi paralellər verildi. Demək istərdim ki, qanlı İkinci Dünya müharibəsindən sonra sovetlər və almanlar da barışığa getdilər. Beləliklə, iki onillikdən az müddətdə Sovet İttifaqı və Almaniya Federativ Respublikası sıx tərəfdaşa çevrildi. Mən hələ Almaniya Demokratik Respublikasını demirəm və orada yaşayan insanlar dərhal Sovet İttifaqında yaşayan insanlarla çox yaxın dosta çevrildilər. Bir sözlə, düşünürəm ki, Sovet İttifaqı və Almaniya arasında baş vermiş barışıq çox yaxşı nümunədir. Buna görə, biz düşünməliyik və bilirik ki, Ermənistanın bugünkü ərazisində kökləri olan azərbaycanlılar qayıtmağı çox arzu edirlər. Onların bəzilərinə elə gəlir ki, orada kəndlərdə məskunlaşma tam realdır və mən də bu cür düşünürəm. Bəziləri isə ulu babalarının məzarını, sadəcə, gedib ziyarət etmək istəyir. Digərləri, sadəcə, səfər edib qayıtmaq istəyir. Bir sözlə, buna icazə verilməlidir. Ermənistan oradan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının təbii humanitar tələbatlarının qarşısını almalı deyil. Biz bunun necə olduğunu nümayiş etdirdik. Biz göstərdik ki, mülkiyyət, dini yerlər necə qorunmalıdır və əhalisinin çoxu erməni olmuş Xankəndinə və digər yerlərə gedən hər kəs bunları görə bilər. Beləliklə, biz onlardan eyni addımı gözləyirik və bu, onların sülhə olan iradəsini nümayiş etdirəcək.
Hikmət Hacıyev: Təşəkkür edirəm. Fərhad Pirinççi. Növbəti sualımız.verəcəyi məsələsi isə açıq qalmaqdadır. Çünki o, yalnız hüquqlara malik olmamalı, habelə məsuliyyət daşımalıdır. Bu gün neft və qaz kəmərləri, dəmir yolları daxil olmaqla, Gürcüstan və Azərbaycanın böyük sərvətləri var, elektrik xətləri çəkiləcək, ticarət əlaqələri inkişaf edir, təhlükəsizliklə bağlı məsələlər həll olunur.
Bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin ənənəvi görüşü keçirilmişdir. Biz yalnız müdafiə sahəsində deyil, iqtisadiyyat və digər sahələrdə də üçtərəfli əməkdaşlıq aparırıq. Ermənistan mehriban qonşu olmağa və bu işə yardım göstərmək niyyətini nümayiş etdirəcəkmi? Yenə də bu, açıq məsələdir. Hesab edirəm ki, əgər onlar strateji düşünsələr, Ermənistanın suverenliyini qoruyub saxlamağın yeganə yolu budur. Çünki hazırda Ermənistan hakimiyyətində baş verənlərə Bakıdan nəzər saldıqda orada bir qütbdən digərinə xaotik keçidin olduğunu müşahidə edirik. Onlar başqa qütbün onlar üçün bir növ qurtuluşa səbəb olacağını düşünürlər. Əsla! Bu, başqa bir böyük qardaşdan savayı heç nə deyil. Mən isə açığı, bu böyük qardaşın əvvəlkindən daha yaxşı olacağına şübhə edirəm. O, həm çox uzaqda yerləşir, regiona bir o qədər də bağlı deyil, həm də istənilən nöqteyi-nəzərdən baxıldıqda öz siyasi, bəlkə də şəxsi iddialı məqsədlərini güdür. Beləliklə, Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir.də keçən və bizim ərazimizdə tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində fəal işləyirik. Hazırda bizə yalnız Şimal-Cənub xəttinin ötürücülük qabiliyyətini artırmaq lazımdır. Yəni, necə ki, Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolu xəttini modernləşdirdik, eyni işi indi də Rusiya ilə sərhədimizdən İranla sərhədimizə qədər olan hissədə etməliyik. Təkmilləşdirmə işləri görülməlidir. Lakin fiziki olaraq dəmir yolları mövcuddur. Bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi Orta Dəhlizin bir hissəsi ola bilər. Yəni, Şimaldan, Rusiyadan gələ bilər. Yeri gəlmişkən, marşrut artıq bir neçə Rusiya şirkəti tərəfindən istifadə olunur. Azərbaycandan Gürcüstana, oradan isə Avropaya uzanan bir marşrut. Bir sözlə, böyük potensial mövcuddur. Müsbət amillərdən biri də iştirakçı dövlətlər arasında, yəni, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin yaxşı səviyyədə olmasıdır. Bu, mühüm bir amildir, eləcə də ümumi, ortaq fayda deməkdir. Amma təbii olaraq, onu da qeyd edim ki, son geosiyasi vəziyyət, nəqliyyat obyektlərində baş verən son dəyişikliklər, belə demək mümkündürsə, Xəzər üzərindən keçən dəhlizin önəmini əhəmiyyətli dərəcədə artırıb.
Hikmət Hacıyev: İlayda Nijhar.əvəzinə, onlar bizə dörd yüz min minanın xəritəsini verdi. Lakin dediyim kimi, bu xəritələrin dəqiqliyi yalnız 25 faiz təşkil edirdi. İndi yüz minlərlə yeni mina basdırılıb.
Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Lakin, eyni zamanda, ola bilsin ki, bu, bizim on illər boyunca üzləşdiyimiz faciə olacaq. Balkan ölkələrinin təcrübəsi onu göstərir ki, hətta indi, 30 il sonra onlar bu problemi yaşayırlar. Biz minatəmizləmə əməliyyatlarının mümkün qədər tez aparılması üçün əlimizdən gələni edirik. Lakin bilirsiniz ki, bu, çox ləng gedən bir prosesdir. Bizim avadanlığımız və təlim keçmiş personalımız yoxdur. Avadanlığı almaq olar, lakin təlim keçmiş personal, bu, çox spesifik bir işdir. Biz beynəlxalq şirkətləri də dəvət etməyə çalışdıq, lakin sizə deyə bilərəm ki, bir kvadratmetr üçün onların tələb etdiyi xidmət haqqı bizim xərclədiyimiz vəsaitdən əlli və ya yüz dəfə yüksəkdir. Yatırımın geri dönüşü, əgər bunu belə adlandırmaq olarsa, qəbuledilməzdir. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir. Biz neçə ölkənin bu problemdən əziyyət çəkdiyini bilirik. Söhbət təkcə maliyyə dəstəyindən getmir. Əslində, bizim maliyyə dəstəyinə ehtiyacımız yoxdur. Söhbət texniki dəstəkdən və bizə bunu mümkün qədər tez etməyə kömək göstərəcək təlim keçmiş personaldan gedir.
Hikmət Hacıyev: Cənab Prezident hərtərəfli müzakirə üçün bütün iştirakçılar adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirmək istəyirik. Son sözü isə tədbirimizə ev sahibliyi edən səfir Hafiz Paşayevə vermək istəyirəm.
Hafiz Paşayev: Bəli, cənab Prezident, həmişəki kimi, bu müzakirə bütün iştirakçılar üçün faydalı oldu. Bir daha Siz bizim qarşımıza yeni vəzifə qoydunuz - növbəti dəfə, ola bilsin 5-6 aydan sonra bir daha görüşmək. Bu üçsaatlıq təcrübə üçün çox sağ olun.
Prezident İlham Əliyev: Diqqətiniz və səbirli olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.