2023-cü il başa çatmaq üzrədir. Bu il torpaqlarımız üzərində milli suverenliyimizin tam təmin olunması, Qarabağda erməni separatizminə son qoyulması kimi hadisələr Prezident İlham Əliyevin müəllifliyi ilə "Heydər Əliyev İli"nə ərməğan edilən böyük töhfələr kimi tariximizə həkk edildi.
Bu uğurlar cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsi həqiqətinin növbəti təntənəsi oldu.
Bu uğurlar bir daha göstərdi ki, Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri Heydər Əliyevin ideyalarını, inkişaf yolunu layiqincə davam etdirir, onları daha da zənginləşdirir və lider qətiyyəti ilə həyata vəsiqə almalarını təmin edir.
İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı yüksəkliyə ucaldıb
30 il əvvəl siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün böyük siyasi dühası ilə Azərbaycanı parçalanmaqdan, dövlətçiliyini və müstəqilliyini itirməkdən xilas etdi.
Görkəmli və təcrübəli dövlət xadimi kimi Heydər Əliyev Azərbaycanı yenidən qurdu, onu inkişaf yoluna çıxardı, dünya birliyinin tamhüquqlu, etimad göstərilən üzvünə çevirdi.
Müasir dövlətimizin qurucusu olan, əməlləri ilə xalqımızın Ümummilli Lideri statusunu qazanan Heydər Əliyevin müdrikliyi həm də ondadır ki, Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin və yüksəlişinin etibarlı və möhkəm təməllərini yaratmaqla yanaşı, cənab İlham Əliyevin şəxsində özünün siyasi kursunu davam etdirə biləcək varis və güclü lider də yetişdirdi…
Azərbaycan xalqı İlham Əliyevin yüksək siyasi və mənəvi keyfiyyətlərini, dövlətə və xalqa nə qədər bağlı olduğunu hələ xarici şirkətlərlə aparılan neft danışıqlarında, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Ermənistanın işğal siyasətinin qlobal səviyyədə ifşa edilməsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini və birinci müavini kimi fəaliyyətində görmüşdü. Bütün bunlar cənab İlham Əliyevin fəaliyyətinin timsalında dövlətə və vətənə layiqli xidmətin mükəmməl örnəyi idi.Azərbaycan çox böyük, sürətli və tarixi inkişaf yolu keçib.
20 ildə Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Möhtərəm İlham Əliyev özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarixini yazıb və yaradıb. Cənab İlham Əliyev Heydər Əliyevin arzularını çin edib, Azərbaycanı inkişaf etdirərək Ulu Öndərin arzuladığı yüksəkliyə ucaldıb.
Sözlə əməlin mükəmməl vəhdəti
Təcrübə göstərir ki, ilk növbədə qətiyyətlilik, prinsipiallıq və zamanında sözünü demək, radikal tədbirlər həyata keçirmək bacarığı əsl liderlərə xas keyfiyyətlər kimi dövlətin inkişafını şərtləndirən əsas amillər hesab olunur. Öz fəaliyyətində məhz bu keyfiyyətlərə və prinsiplərə söykənən Prezident İlham Əliyevin siyasi iradəsi Azərbaycanın daha da qüdrətlənməsinin, Cənubi Qafqazın lider dövlətinə, dünyada söz sahibinə çevrilməsinin leytmotivini təşkil edib.
Qürur hissi ilə deməliyik ki, Azərbaycana rəhbərliyinin ilk günündən öz fəaliyyətində sözlə əməlin mükəmməl vəhdətinin nümunələrini nümayiş etdirən cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində ilk növbədə Azərbaycanın iqtisadi inkişafı, dünya birliyində malik olduğu layiqli mövqelərinin daha da gücləndirilməsi, Silahlı Qüvvələrimizin qüdrətlənməsi və döyüş imkanlarının artırılması, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi və ən əsası, işğal altında olan torpaqlarımızın azad edilməsi kimi amillər dayanıb. Bu uğurların müəllifi olan Azərbaycan Prezidenti Avropa siyasi dairələrində etimad göstərilən, hörmətlə qarşılanan lider kimi qəbul edilir. Müxtəlif vaxtlarda, əlamətdar tarixlərdə nüfuzlu siyasi liderlərin, dövlət başçılarının Prezident İlham Əliyevə göndərdikləri məktubların məzmunu, dövlətimizin başçısının ən mötəbər beynəlxalq tədbirlərə dəvət edilməsi, çıxışlarının xarici dairələrdə maraqla izlənilməsi, ən əsası, Prezident İlham Əliyevin barəsində deyilən fikirlər bunları təsdiq edir. Məsələn, Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin ünvanına söylədiyi "Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik", "Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır", "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir" kimi ifadələr Azərbaycan Prezidentinin şəxsiyyətinə, siyasi liderliyinə göstərilən yüksək ehtiramın təcəssümüdür.
Yaxud Macarıstanın Baş naziri Viktor Orbanın fikirlərinə diqqət yetirək. O deyir: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm". Bu sözlər Prezident İlham Əliyevin yüksək qlobal nüfuzundan xəbər verir və dövlətimizin başçısının geopolitik məkanda proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən lider olması barədə söylənən fikirlərin davamıdır. Bu fikirlər göstərir ki, cənab İlham Əliyev dünyanın ən nüfuzlu dövlət başçıları ilə bir cərgədə dayanan, özü, sözü və imzası dərin ehtiramla qarşılanan siyasi liderdir. Bu isə öz növbəsində Azərbaycanın qlobal nüfuzunu və beynəlxalq münasibətlər sistemində layiqli yerini müəyyənləşdirən mühüm siyasi faktordur.
Müzəffər Ali Baş Komandan
silahdaşı isə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən layihələr, xüsusilə tarixi-mədəni irsimizin bərpası işğaldan azad edilmiş ərazilərin dirçəlişinə layiqli töhfələr verməkdədir. Bu layihələrin hər biri həm də Mehriban Əliyevanın vətənpərvərliyinin, daşıdığı yüksək milli idealların göstəriciləridir.
Prezidentin qayğısı ilə Naxçıvan inkişafının yeni mərhələsinə qədəm qoyub
Vətən müharibəsindən ötən illər həm də Azərbaycanın iqtisadi inkişafı baxımından uğurlu dövrdür. Müharibədən çıxan ölkə olmasına rəğmən ötən 3 ildə müsbət makroiqtisadi göstəricilərin əldə olunması, ümumi daxili məhsul istehsalındakı artım, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində verilən qərarlar, dövlət büdcəsinin gəlir və xərclərinin yüksəlməsi Prezident İlham Əliyevin iqtisadi islahatlarının uğurlu nəticələridir. Təkcə bir fakta diqqət yetirək ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 110,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. O cümlədən, iqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM 3,2 faiz artıb ki, bu da iqtisadi yüksəlişin mühüm göstəricisidir.
Bu gün Naxçıvan da öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Respublikamızın bütün bölgələri kimi, muxtar respublikanın da inkişafı Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Naxçıvanda sosial-iqtisadi sferada əldə olunmuş hər bir nailiyyət məhz Prezident İlham Əliyevin Naxçıvana olan diqqət və qayğısının, həyata keçirdiyi iqtisadi islahatların nəticəsidir.
Cənab Prezidentin ötən il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsini qəbul edərkən verdiyi tapşırıq və tövsiyələr də dövlətimizin başçısının Naxçıvana olan diqqət və qayğısından xəbər verir. Son dövrdə muxtar respublikada bütün sahələrdə baş verən keyfiyyət dəyişiklikləri göstərir ki, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və tövsiyələr layiqincə icra olunur.
Prezident İlham Əliyevin Naxçıvana qayğısının daha bir nümunəsi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiqidir. Proqramın icrası, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi Naxçıvanın inkişafına, əhalinin rifahına və məşğulluğun artırılmasına böyük töhfələr verəcək.bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşəcək. Və əlbəttə ki, hər bir azərbaycanlı ona Zəfər və məğrurluq yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm İlham Əliyevin yanında olacaq. Növbədənkənar seçkilər Prezident İlham Əliyevə yüksək etimadın növbəti bariz göstəricisi kimi tarixə düşəcək.
Bütövlükdə, seçkilərin nəticəsi ötən 20 ilin uğurlarına əsaslanacaq. Xalqımız Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızı işğaldan azad edən, erməni separatizminə son qoyan siyasətin davamına səs verəcək.
Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri