ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 11 yanvar 2024-cü il tarixdə 31 saylı körpələr evi-uşaq bağçasında və Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbdə hesabat-seçki yığıncaqları keçirilmişdir. Qeyd edilən təşkilatlarda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
31 saylı körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Pərvin Məmmədovanın və Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri Elnur Ağayevin hər üç təşkilatın Təftiş komissiyalarının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi.
Açıq səsvermə yolu ilə bağçanın ilk həmkarlar ittifaqının 3 nəfərlik və Təftiş komissiyalarının 1 nəfərlik, məktəbin həmkarlar ittifaqı komitəsinin 5 nəfərlik və Təftiş komissiyasının 3 nəfərlik yeni tərkibləri seçilmişdir.
İlk həmkarlar iitifaqları komitələrinin sədrləri Məmmədova Pərvin şahin qızı 31 saylı körpələr evi-uşaq bağçasının və Ağayev Elnur Ağahüseyn oğlu Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbin kollektivləri tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqlarıı Komitələrinin sədrliklərinə namizədlikləri Hesabat-seçki yığıncaqlarında təsdiqlənmişdir.ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.