ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 17 yanvar 2024-cü il tarixdə 103 saylı körpələr evi-uşaq bağçasında və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika internat məktəbində hesabat-seçki yığıncaqları keçirilmişdir. Qeyd edilən təşkilatlarda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
103 saylı körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Firuzə Əsədovanın və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika internat məktəbinin sədri Ərəstun Hidayətovun, hər iki təşkilatın Təftiş komissiyalarının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi. Açıq səsvermə yolu ilə bağçanın ilk həmkarlar ittifaqının 5 nəfərlik və Təftiş komissiyalarının 3 nəfərlik, inetnat məktəbin ilk həmkarlar ittifaqının 7 nəfərlik və Təftiş komissiyasının 3 nəfərlik yeni tərkibləri seçilmişdir. İlk həmkarlar iitifaqları komitələrinin Əsədova Firuzə Əlizamin qızı 103 saylı körpələr evi-uşaq bağçasının və Hidayətov Ərəstun Namizəd oğlu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika internat məktəbinin kollektivləri tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqlarıı Komitələrinin sədrliklərinə namizədlikləri Hesabat-seçki yığıncaqlarında təsdiqlənmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.