Rusiyada yaşayan Azərbaycan vətəndaşları növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə böyük maraq göstərirlər.
Diaspor info xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Səfir vurğulayıb ki, Moskvadakı səfirliyimiz növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırdır. O əlavə edib: “Qeyd etməliyəm ki, bu, mənim Moskvada uzun illər fəaliyyət göstərdiyim müddətdə səfirliyimizdə keçirilən birinci seçkilər deyil, yəni, artıq təcrübə var. Amma bu dəfə Rusiyada yaşayan vətəndaşlarımızın daha böyük ruh yüksəkliyinin şahidi oluram”.
Polad Bülbüloğlu bildirib ki, Moskva ilə yanaşı, Azərbaycanın baş konsulluqlarının yerləşdiyi Sankt-Peterburq və Yekaterinburqda da seçki məntəqələri açılacaq.