Niderlandın Den Haaq şəhərində Novruz bayramı tədbiri keçirilib
Martın 19-u Niderlandın Den Haaq şəhərində “Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi” nəzdində yerləşən “Xarı bülbül” Azərbaycan məktəbinin şagirdləri Novruz bayramı münasibətilə tədbir keçiriblər. Bayram şənliyində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin əməkdaşları və həmin ölkədə yaşayan gənc soydaşlarmız da iştirak ediblər.
“Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi”nin rəhbəri İlhan Aşqın qonaqlara Novruz bayramı və onun atributları haqqında qısa məlumat verib, tədbirin təşkilində məqsədin gənc nəslə Vətəndən uzaqda yaşasalar da adət-ənənələri, milli dəyərləri, tarixi unutdurmamaq olduğunu bildirib.
Şənlik iştirakçıları yumurta bəzəmə, yumurta döyüşdürmə, papaqatma və digər bayram ənənələri göstərib, maraqlı oyunlar oynayıblar. Qonaqlar bayram tədbirini böyük maraqla qarşılayıblar.