Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
Diaspor info xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Yarım əsr əvvəl – elə bu günlərdə Baykal-Amur Magistral xəttinin tikintisinə başlanıldı. Bu, dünyanın ən böyük dəmir yolu arteriyalarından biridir, gələcəyin əsl yoludur. Təbii ki, bunu icra edənlərin, bu layihəni həyata keçirənlərin çoxu üçün, - o vaxt deyirdilər və indi də bunu təsdiq etmək olar, - BAM bütöv bir nəslin arzularının və romantik istəklərinin simvoludur.
BAM, həmçinin Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarətinin təcəssümüdür. Onlar dünya tarixində tayı-bərabəri olmayan, hər mənada bənzərsiz bir layihə həyata keçirdilər.
Bu gün biz görürük ki, BAM əsasən XXI əsr üçün qlobal logistikanı müəyyən edir. Ölkəmiz Sibirin və Uzaq Şərqin mənimsənilməsi və inkişafı, Sakit Okeana doğru yük daşımalarının genişləndirilməsi üçün çox böyük imkanlar əldə etmişdir. Birbaşa deyə bilərik ki, indiki mərhələdə Şərqə dönüş məhz Baykal-Amur Magistralı sayəsində mümkün olmuşdur.yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.
Bilirəm ki, bizim görüşümüzdə Heydər Əlirza oğlu ilə birlikdə çalışanlar da iştirak edirlər. Sizdən xahiş edərdim ki, mütləq xatirələrinizi bölüşəsiniz, Heydər Əlirza oğlunun həyatınızda oynadığı roldan danışasınız.
Onu da əlavə edim ki, Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər.
vaxt ağır şəraitdə - müvəqqəti daxmalarda və kazarmalarda yaşayırdılar. İndi, hazırkı mərhələdə bu, şübhəsiz ki, belə olmamalıdır.
Bununla əlaqədar qeyd etmək istərdim ki, Rusiya Federasiyası Hökuməti artıq Baykal-Amur Magistralının Tında, Severobaykalsk, Neryunqri, Komsomolsk-na-Amur kimi əsas şəhərlərinin hərtərəfli sosial-iqtisadi inkişafı planlarını təsdiq edib.
Söhbət onların nəqliyyat infrastrukturunun, mənzil-kommunal təsərrüfatının genişmiqyaslı yenidən qurulmasından və inkişafından, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, idman obyektlərinin əsaslı təmirindən və tikintisindən gedir. Təbii ki, biz mütləq müasir evlər, yeni yaşayış binaları tikəcək, ümumilikdə bu gün BAM-da yaşayan və işləyənlər üçün layiqli şərait yaradacağıq.
Diqqətinizə görə çox sağ olun.
Sözü məmnuniyyətlə qonağımıza və dostumuza vermək istəyirəm. Buyurun, Azərbaycan Prezidenti İlham Əliyev, söz Sizindir.
x x x
Prezident İlham Əliyev çıxış edərək dedi:
- Möhtərəm Vladimir Vladimiroviç!
Əziz dostlar!
İlk növbədə, Vladimir Vladimiroviç, bugünkü tədbirdə iştirak üçün dəvətinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. Bu gün BAM-ı inşa edənlərin, həyatlarını, gəncliklərini Ümumittifaq tikintisinə həsr edənlərin əhatəsində olmaq mənim üçün böyük şərəfdir.
Habelə Baykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə bütün inşaatçıları, mütəxəssisləri, bütün BAM-çıları təbrik etmək istərdim.
Vladimir Vladimiroviç qeyd etdi ki, bu tikinti Sovet İttifaqının bütün respublikalarını birləşdirib, bu, həqiqətən də belədir, onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil. Biz, əlbəttə, fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu tikintidə fəal iştirak ediblər, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, iki dəmir yolu stansiyasını inşa ediblər.Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq.
“Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq.
Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək.
Bu tədbirdə iştirak etdiyim üçün bir daha minnətdarlığımı bildirmək, bütün BAM-çıları yubiley münasibətilə təbrik etmək, Azərbaycan, Rusiya və bütün MDB ölkələrinin inşaatçılarına yeni uğurlar və nailiyyətlər arzulamaq istəyirəm.
Təşəkkür edirəm.
şəraitində təkcə 64 kilometrlik yol çəkmək yox, həm də yeni iki tunel və 12 körpü, o cümlədən sonradan sürücülərin “Şeytan körpüsü” adlandırdıqları 30 metr hündürlüyündə körpü inşa etmək lazım idi. Lakin bu qərar bizə 1989-cu ilin oktyabrına qədər bütün BAM-ı vaxtında daimi istismara verməyə imkan yaratdı. Daha doğrusu, bu, dahiyanə qərar idi.
Azərbaycanlı mütəxəssislər, İlham Heydər oğlunun dediyi kimi, BAM üzərində iki gözəl qəsəbə tikdilər. Amma əsas odur ki, onların memarlığı Azərbaycan milli üslubunda hazırlanıb. Bu qəsəbələr Ulkan və Anqoyadır. 2008-ci ildə Anqoya stansiyasındakı vağzala Heydər Əlirza oğlu Əliyevin adı verilib. Bu gün də həmin lövhə stansiyanı bəzəyir.düşürdülər, maaş almadıqlarına görə işdən çıxsalar, Severomuysk tunelində qarşısıalınmaz proseslər baş verə bilər. O vaxt ən çətin dövr idi. Yekdil olmaq, bir-birini anlamaq lazım idi. Tikintidə iş davam edirdi. Demək istəyirəm ki, ölkəmizin Prezidenti Vladimir Vladimiroviç Federal Məclisə göndərdiyi məktubda Baykal-Amur Magistralının üçüncü mərhələsinin obyektlərini bir-bir sadalayıb. Bu, bir möcüzədir, mahiyyət etibarilə, Severomuysk, Kuznetsk, Kodar tunellərinin, Komsomolsk yaxınlığında Amur üzərindəki ikinci dəmir yolu körpüsünün eynisidir. Məktubdan bir gün sonra Oleq Valentinoviç Belozerov məni telefonla baş podratçı ilə işə başlamaq barədə müqavilə imzalamağa dəvət edəndə inanmadım. Bu təcrübəmlə, yaşımla belə bir təəssürat yaşadım ki, mən xoşbəxt insanam, bunu da görmək mənə nəsib oldu. Müqaviləni imzalamaq üçün gələndə və Ruslan Baysarovla yaxından tanış olanda ona dedim: sinəmdə “Fəxri dəmiryolçu” nişanı gəzdirirəm, işin qrafikə uyğun təhvil verilməsi üçün zaman məhdudiyyətinə, keyfiyyətə və digər amillərə görə böyük məsuliyyət daşıyacağını bildiyin halda bu obyektlərə getməklə bağlı cəsarətli qərar verdiyin üçün indi onu sənə verəcəyəm.
Zənnimcə, bu, çox böyük hadisədir. Severomuysk tuneli 26 ilə inşa edildiyi halda, o, bu işi 6-10 il ərzində görməyə hazır olduğunu deyirsə, onun və inşaatçıların qarşısında baş əymək lazımdır. Mən başa düşürəm ki, Prezidentimiz bütün iştirakçıların işin icrasına nə qədər hazır olduqlarını və bunun üçün onlara nə lazım olduğunu yoxlamaq üçün xüsusilə belə edib. Zənnimcə, Prezidentimizin həmkarının - Prezident Əliyevin iştirakı ilə keçirilən bu görüş çox gözəldir, məsuliyyətlidir, burada məhz işinin ustası olan məharətli insanlar toplaşıblar.
İki ölkənin prezidentləri ilə görüş gününün əlamətdar olduğunu vurğulayan Gennadi Fadeyev dost Azərbaycan Respublikasının Baykal-Amur Magistralının yaradılmasına və inkişafına böyük töhfə verdiyini vurğulayaraq dedi: Azərbaycan da, insanları da gözəldir. Hamı oraya artıq böyük maraqla getməyə başlayıb. Bu, əladır. “Şimal-Cənub” layihəsinə gəldikdə isə mən əminəm ki, iki ölkə prezidentlərinin böyük səyləri və imkanların birləşdirilməsi sayəsində bu layihə icra olunacaq.Prezident Vladimir Putin: BAM gənclərin çalışdığı yer idi. Ancaq əslində, indi də bu miqyasda olan layihələr mahiyyətcə eynidir. Gənclər əsasən işləyirlər və belə böyük perspektivlər, platformalar və layihələr yaradırlar. Uşakova Viktoriya Aleksandrovna, İrkutsk Dövlət Nəqliyyat Yolları Universitetinin tələbəsi, buyurun.
Viktoriya Uşakova dedi:
-Hörmətli Vladimir Vladimiroviç, İlham Heydər oğlu, Siz dediyiniz kimi, mən İrkutsk Dövlət Nəqliyyat Yolları Universitetinin tələbəsiyəm və bu gün mən təkcə Rusiya tələbələrini deyil, həm də Rusiyanın tələbə dəstələrini təmsil edirəm. Əvvəlcə, Sibir, İrkutsk bölgəsi və Rusiya tələbələri adından inkişaf etmək və hər zaman daha çox səy göstərmək imkanlarının yaradılmasına görə təşəkkür edirəm. Etimadınıza görə Rusiya tələbə dəstələri adından minnətdarlığımızı bildirirəm. Çünki ölkəmizin ən vacib strateji obyektini gənclərə həvalə etmək asan iş deyil. Artıq üçüncü ildir ki, “BAM 2.0” Ümumrusiya Tələbə Əmək Layihəsi çərçivəsində Baykal-Amur Magistralının tikinti obyektlərində işgüzar bacarıqlarımızı sübuta yetiririk. Axı, biz iş adamlarıyıq. Biz gəncik və gələcək bizimlədir. Vladimir Vladimiroviç, icazə verin, bütün tələbələri, o cümlədən tələbə dəstələrinin cəsur üzvlərini maraqlandıran bir sual verim. Bilirəm ki, siz də vaxtilə tələbəlik illərində “Femida” tələbə dəstəsinin üzvü olmusunuz. Mənim üçün çox maraqlıdır, indi tələbə olsaydınız, bizimlə BAM-a gedərdinizmi?
Vladimir Putin: Tələbə olmağı çox istərdim. Əgər tələbə ola bilsəydim, BAM haqqında eşitdiklərimdən sonra böyük məmnuniyyətlə oraya gedərdim.
Viktoriya Uşakova: Sağ olun.
x x x
Sonda xatirə şəkilləri çəkdirildi.