• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans

22-05-2024, 17:30 | Baxılıb: 320
“Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans

Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Azərbaycanın Serbiyadakı Səfirliyinin və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi- bədii konfrans keçirilib.
Konfransda Şərqşünaslıq kafedrasının rəhbəri Ema Milykoviç, ADU-nun fəlsəfə kafedrasının professoru Şəfəq Abdullayeva, Azərbaycan Mədəniyyət evinin direktoru, Belqrad Milli Teatrının ilk qadın sopranosu Jasmina Trumbetaş, Yunus Emre İnstitutunun Belqrad şöbəsinin direktoru Dinser Şahin, Belqrad Universitetinin müəllim və tələbələri, Belqradda yaşayan və təhsil alan azərbaycanlılar iştirak edib.
Konfransı giriş sözü ilə açıq elan edən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı verdiyi Sərəncamı xatırladıb. Dövlət başçısının müvafiq sərəncamına və ADU-nun tədbirlər planına əsasən baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Səfirin mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi Mehriban Tağıyeva səfir Kamil Xasıyevin salamını konfrans iştirakçılarına çatdırıb, daha sonra hər iki dost ölkə arasındakı mədəni əlaqələrin qurulmasının tarixi və inkişaf mərhələləri və bugünkü vəziyyəti haqqında məlumat verib.
Konfrans Belqrad Universitetinin professoru Kseniya Aykutun çıxışı, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva və fəlsəfə kafedrasının professoru Şəfəq Abdullayeva "Azərbaycan tarixinin şanlı səhifəsi və M.Ə.Rəsulzadə 140", Belqrad Universitetinin Türkologiya kafedrasının müəllimi Dr.Safiya Karababa "Nuru paşa -Tarix yazan qardaşlıq", Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə əməkdaşı Mehriban Tağıyevanın "Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" adlı təqdimatları ilə davam edib.
Konfransa serb gənclər Azərbaycan dilində müxtəlif şeirlər səsləndiriblər: filologiya fakültəsində Azərbaycan dilini seçmə xarici dil kimi təhsil alan tələbə Anastasiya Mihaylova şair Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirini bəstəkar Üzeyir Hacıbəyovun eyni adlı bəstəsinin müşayiəti ilə, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin hər il təşkil etdiyi yay düşərgəsinin Serbiyadan olan ilk iştirakçısı Mariya Radovanoviç Aslan Aslanovun "Lalələr" şeirini tar musiqisi sədaları altında, Azərbaycan dilini xarici dil kimi öyrənən filologiya fakultəsinin 3-cü kurs tələbəsi Yelena Markoviç isə Səməd Vurğunun "Azərbaycan" şeirini söyləyib.
Sonda Günel Babanlı Xarıbülbül Musiqi festivalının tarixindən ətraflı məlumat verib. Xalq artisti Polad Bülbüloğlunun Xarıbülbül festivalında ifa etdiyi “Şən Azərbaycan” mahnısının video-çarxının nümayişi ilə elmi-bədii konfrans yekunlaşıb.
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans
Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfransскачать dle 10.6фильмы бесплатно

320

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.