• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb

5-06-2024, 09:00 | Baxılıb: 274
“Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.
Diaspor.info xəbər verir ki, Anadolu Agentliyi, “TRT”, “Haber Global” media qurumları, “Yirmidört.tv”, “Haberler.com”, “Ekovitrin”, “Son dakika” və digər onlayn media qurumlarında, eləcə də qəzetlərdə tədbir barədə silsilə məqalələr dərc edilib.

“Prezident Əliyev: Azərbaycanın təbii qaz qıtlığı aradan qaldırılıb”, “Bakıda 29-cu Beynəlxalq Xəzər Neft və Təbii Qaz Sərgisi işə başlayıb”, “Azərbaycan Prezidenti Əliyev: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”, “Prezident Əliyev Bakı Enerji Həftəsində çıxış etdi: Azərbaycan Avropanın qaz təchizatçısıdır” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin tədbirdəki çıxışı xüsusilə diqqət mərkəzində saxlanılıb.

Dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, “Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Bunlardan 6-sı Avropa ölkəsidir və Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır: “Bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi”.

Yazılarda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı qeyd edilib ki, son 30 il ərzində Azərbaycanın imzaladığı bütün müqavilələr tam həyata keçirilib: “Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.Türkiyə mətbuatında Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə bərpaolunan enerji potensialı barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb: “2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır”. Bundan başqa, qardaş ölkə mediası dövlətimizin başçısının “Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir” fikri də oxucuların diqqətinə çatdırılıb.

Yazılarda ildən-ilə miqyası genişlənərək Bakı Enerji Həftəsi adlandırılan bu tədbirin ilk dəfə 1994-cü ildə keçirildiyi və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığı qeyd olunub. Xəbərlərdə 30-dan çox ölkədən 300 şirkətin iştirak etdiyi sərgilərdə neft hasilatı və enerji nəqli, neft və təbii qazın saxlanması və xidmətlərinə dair innovativ texnologiyaların nümayiş etdirildiyi bildirilir.скачать dle 10.6фильмы бесплатно


274

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.