• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyevin Misirə rəsmi səfəri yerli medianın diqqət mərkəzində olub

10-06-2024, 23:00 | Baxılıb: 324
“Prezident İlham Əliyevin Misirə rəsmi səfəri yerli medianın diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri, onun misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə apardığı danışıqlar bu ölkənin nüfuzlu qəzet və portallarının, həmçinin telekanallarının diqqət mərkəzində olub.
Diaspor.info xəbər verir ki, rəsmi MENA informasiya agentliyinin səfər haqqında geniş hesabatında, həmçinin Misirin geniş oxucu kütləsinə malik olan “Əl Əhram”, “Cümhuriyə”, “Youm 7”, “Əxbar Əl Youm”, Masravi”, Dostor” qəzetlərində dərc edilən “Azərbaycan Prezidenti Misirlə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib”, “Azərbaycanın lideri Misiri mühüm tərəfdaş ölkə adlandırıb” sərlövhəli məqalələrdə dövlətimizin başçısının misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə mətbuata birgə bəyanatının əsas məqamları yer alıb. Misirli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev keçən il Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərindən sonra baş tutan bu rəsmi səfərin də Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini, iki dost ölkə arasında siyasi dialoqun müntəzəm xarakter daşıdığını bildirib. O qeyd edib ki, iki ölkənin liderləri siyasi dialoqun bundan sonra da davam etdirilməsinə dair razılıq əldə ediblər.

Materiallarda, həmçinin vurğulanıb ki, Prezident İlham Əliyev misirli həmkarı ilə Cənubi Qafqazdakı prosesləri də müzakirə etdiyini bildirib. Azərbaycanın dövlət başçısı əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olunub. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Bütün bunları müsbət hal kimi qiymətləndirən Azərbaycan Prezidenti, eyni zamanda, hesab edir ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var və hər halda Azərbaycan buna hazırdır.скачать dle 10.6фильмы бесплатно


324

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.