• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İcma: Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır

30-07-2024, 14:00 | Baxılıb: 185
“İcma: Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalar verib.
Diaspor.info-nun məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda deyilir ki, 30 il ərzində Almatı bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa bir ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyasına və demarkasiyasına imkan verməyən məhz Ermənistan olub:

"Sərhəd insidentləri və silahlanma üzərində nəzarət mexanizminin yaradılması təklifinə Ararat Mirzoyanın Azərbaycanın reaksiya verməməsi barədə dedikləri beynəlxalq aləmdə özünü konstruktiv tərəf kimi göstərmək tamamilə qeyri-səmimi və mənasız cəhddir. 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada adi silahlara nəzarət sahəsində çoxtərəfli mexanizmləri tapdalayaraq, Azərbaycan ərazilərini işğal etmiş və orada qoşun və silah yerləşdirmiş Ermənistan hər hansı başqa silahlara nəzarət mexanizminə necə “riayət” edəcəyi heç kimdə şübhə doğurmur".

İcma qeyd edib ki, bundan başqa, Ermənistanın konstitusiyası və qanunvericiliyində Azərbaycana ərazi iddialarının qaldığı müddətdə bu ölkənin sülh prosesinə sadiqliyi sual altındadır.

"Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan Qarabağ ermənilərinin guya zorla köçürülməsi barədə böhtançı açıqlamalar vermək, qondarma qurumun “təsisatları”nın anti-Azərbaycan fəaliyyətinə göz yummaq, militarizasiya siyasəti yeritmək, sərhəddə gərginlik yaratmaq əvəzinə Azərbaycanla sülh istəyində səmimi olmalı və bu xüsusda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır", - bəyanatda deyilir.

Qeyd edək ki, iyulun 29-da Kiprin xarici işlər naziri Konstantin Kobosla birgə mətbuat konfransında Ararat Mirzoyan bildirib ki, rəsmi Bakı insidentlərin baş verməməsi üçün mexanizmin yaradılması və silahlanma ilə bağlı nəzarətə dair təkliflərə cavab verməyib.скачать dle 10.6фильмы бесплатно


185

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.