• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elçin Əmirbəyov: Paşinyan açıq şəkildə bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları yoxdur

31-07-2024, 14:00 | Baxılıb: 210
“Elçin Əmirbəyov: Paşinyan açıq şəkildə bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları yoxdur

“Konstitusiya dəyişikliyinin Ermənistanın Baş naziri Nikol Paşinyan üçün nə qədər çətin olmasından danışarkən unutmamalıyıq ki, o, ən çətin işi artıq edib. O açıq şəkildə bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları yoxdur”.
Diaspor.info-nun məlumatına görə, bu sözləri ABŞ-də səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. Onun sözlərinə görə, N.Paşinyan hətta Azərbaycan ərazisi hesab etdiyi ərazini kvadrat kilometrinədək qeyd edib. Ölkənin xarici işlər naziri isə sülh sazişi layihəsinə daxil edilmiş 5 fundamental baza prinsipini qəbul etdiklərini açıqlayıb.

“Prinsiplərdən biri ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətdir. Bu da indi və gələcəkdə istənilən ərazi iddiasından imtina etmək deməkdir. Paşinyandan gözlənilən onun ritorika və siyasi bəyanatlarını real vəziyyətə uyğunlaşdırmasıdır. Əgər o, sadəcə olaraq deyirsə ki, bu məsələni həll etmək onun üçün çətindir, çünki ölkə daxilində çətinliklərlə üzləşəcək, bu, bizim üçün zəif arqumentdir. Bizim ondan gözlədiyimiz baş nazir kimi elan etdiyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması, Ermənistanın ona qarşı iddialarının olmaması və bunun əsasında da qonşuları ilə əlaqələrini normallaşadırmağa hazır olması barədə bəyanatlarını icra etməsidir. Yeganə lazımi addım bu münaqişənin tək səbəbini aradan qaldıracaq konstitusiya dəyişikliyidir. Təsəvvür edin ki, biz bu sazişi imzalayırıq və bir müddət sonra Ermənistanda yeni hökumət hakimiyyətə gəlir və bildirir ki, saziş əvvəlki baş nazir tərəfindən imzalanıb və legitim deyil, çünki konstitusiya ilə ziddiyyət təşkil edir. Bu o deməkdir ki, onlar gələcək revanşist ritorikalar üçün qapıları açıq saxlayırlar. Ona görə də, sülhün əldə olunmasını istəyən heç bir kəs bu məsələni gözardı edə bilməz”,- deyə Elçin Əmirbəyov qeyd edib.скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.