• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib

1-08-2024, 09:00 | Baxılıb: 181
“Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-yə səfəri çərçivəsində bir sıra amerikalı rəsmilərlə görüşərək Bakı – Vaşinqton münasibətləri ilə yanaşı Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ətrafında fikir mübadiləsi aparıb.
Diaspor.info xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti, habelə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-yə işgüzar səfəri çərçivəsində Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim, Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri Bürosunda Mərkəzi Asiya İşləri Ofisinin direktoru, müdafiə naziri müavininin köməkçisi Laura Kuper və Nebraska ştatından respublikaçı senator Pit Rikettslə Azərbaycan – ABŞ ikitərəfli gündəliyi, Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparılıb”, – diplomatik missiyanın mətbuat xidməti qeyd edib.

Səfirliyin digər paylaşımında azərbaycanlı diplomatın “ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşdüyü” diqqətə çatdırılıb: “Tədbir zamanı Azərbaycan – ABŞ münasibətləri, davam edən Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib”.Eyni zamanda, Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin məlumatında Elçin Əmirbəyovun “Nyu-Yorka işgüzar səfəri çərçivəsində BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Dikarlo ilə görüşdüyü və Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərini, regionda baş verən son hadisələri müzakirə etdiyi” vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.