• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

QAİ ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib

2-08-2024, 19:00 | Baxılıb: 204
“QAİ ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib

Qərbi Azərbaycan İcması (QAİ) ABŞ hökumətindən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edir və onu Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır.

Bu barədə "Report"a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində yanlış mövqedən çıxış etmiş və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib.

"Xanım Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barəsində bir kəlmə də deməmişdir. Bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdir. ABŞ rəsmisinin bu mövqeyi insanların hüquq bərabərliyi prinsipinə ziddir və bölgədə sülh və barışığa mane olur", - məlumatda qeyd edilib.

İcma xatırladıb ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-nin Dövlət katibi Entoni Blinkenə göndərdiyi məktub hələ də cavabsız qalıb. Xanım Kim destruktiv bəyanatlar vermək əvəzinə, birbaşa vəzifə borcu olan həmin məktubun cavablandırılması ilə məşğul olmalıdır.

Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bəyan etməklə, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin olunması və onların dağıdılmış mədəni irsinin bərpası məqsədi uğrunda əzmlə davam edəcəyini bildirir.скачать dle 10.6фильмы бесплатно


204

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.