• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-dən Azərbaycana gətirilən bəzi məhsullara nəzarət gücləndirilib

13-08-2024, 20:00 | Baxılıb: 137
“ABŞ-dən Azərbaycana gətirilən bəzi məhsullara nəzarət gücləndirilib

Amerika Birləşmiş Ştatları (ABŞ) Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun (istehlaka hazır heyvan və quş əti məhsulları) geri çağırılması barədə qərar elan edilib.
Diaspor.info xəbər verir ki, Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına əsasən, ABŞ-nin 13 ştatında “Boar's Head Provisions Co” şirkəti tərəfindən istehsal olunan məhsulların “Listeria monocytogenes” bakteriyası ilə çirklənməsi nəticəsində 43 nəfərədək insanın xəstəliyə yoluxduğu müəyyənləşdirilib. Məlumatda həmçinin bildirilir ki, xəstəliyə yoluxanlar hospitalizə olunub və onların arasında üç ölüm hadisəsi baş verib.

“L.Monocytogenes” ilə çirklənmiş qidaların istehlakı ilk növbədə hamilə xanımlar, 65 və daha yuxarı yaşda olan və ya zəif immun sisteminə malik insanlara təsir edən ciddi infeksiya sayılan listerioz xəstəliyinə səbəb olur. Bəzi hallarda bu risk qruplarından kənar şəxslər də infeksiyanın təsir dairəsinə düşür.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində qeyd olunan məhsulların ölkəmizə idxal edilmədiyi müəyyənləşdirilib. Bununla yanaşı, Agentlik tərəfindən ABŞ-dən ölkəmizə idxal olunan bütün yüksək riskli qida məhsullarına nəzarət tədbirləri gücləndirilib.

Əlavə olaraq bildiririk ki, ölkəmizə idxalı həyata keçirilən yüksək riskli qida məhsullarının istehsalçıları qüvvədə olan qanunvericiliyə əsasən təsdiq proseduruna cəlb olunur.скачать dle 10.6фильмы бесплатно


137

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.