• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vaşinqtonda ABŞ-dəki Azərbaycan icması ilə görüş keçirilib

17-08-2024, 10:00 | Baxılıb: 218
“Vaşinqtonda ABŞ-dəki Azərbaycan icması ilə görüş keçirilib

Vaşinqtonda ABŞ-dəki Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan diasporunun fəalları ilə görüşüb.
Görüş Azərbaycan və ABŞ-nin Dövlət Himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Fuad Muradov Komitənin son illər gördüyü genişmiqyaslı layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayındakı çıxışında qarşıya qoyulan vəzifələrə diqqət çəkib. Bildirilib ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-dəki icmamız hər zaman azərbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirib, informasiya müharibəsində fəal iştirak edib, səmərəli fəaliyyət nəticəsində diasporun nüfuzunun artmasına nail olub.
Azərbaycanın ABŞ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Toğrul Əliyev Azərbaycan diasporunun fəaliyyətini və icmanın daha da güclü olması üçün DİDK ilə əməkdaşlığın səmərəliliyini diqqətə çatdırıb.
Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova təşkilatın, eləcə də Koordinasiya Şurasının işi barədə məlumat verib, fəaliyyət dairələrinin daha da genişləndiyindən danışıb.
ABŞ-də yaşayan tanınmış həkim Şapur Ənsari çıxış edərək güclü Azərbaycanın diasporunun da gücləndiyini, yeni dövrün çağırışlarına hazır olduğunu, ana vətən üçün daha çox iş görməyin vacibliyini vurğulayıb. Çıxışlarda həmçinin avqustun 1-dən 7-dək Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin dünya azərbaycanlılarının böyük rəğbəti ilə qarşılandığı qeyd olunub.
İcma ilə görüşdə fikir mübadiləsi və perspektivə dair müzakirələr aparılıb, komitənin və diasporumuzun gördüyü işlərə dair müxtəlif videoçarxlar da nümayiş olunub.
Sonda bir neçə icma üzvünə təltif olunduqları medallar təqdim edilib. Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında Təhsil və Mədəniyyət Komitəsinin sədri, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano üzrə professoru Pərvin Muradovaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Amerika Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzova, ABŞ-dəki Azərbaycan icmasının fəal üzvü Rəna Abbasovaya, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi, diaspor fəalı Bədir Məmmədliyə “Diaspor fəaliyyətində xidmətə görə” medalları təqdim edilib. Təltif olunan icma üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bundan sonra da Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, milli maraqlarımızın müdafiəsi və diaspor fəaliyyətinin gücləndirilməsi yolunda daha da əzmlə çalışacaqlarını vurğulayıblar.
Vaşinqtonda ABŞ-dəki Azərbaycan icması ilə görüş keçirilib
Vaşinqtonda ABŞ-dəki Azərbaycan icması ilə görüş keçirilib
Vaşinqtonda ABŞ-dəki Azərbaycan icması ilə görüş keçirilib
Vaşinqtonda ABŞ-dəki Azərbaycan icması ilə görüş keçirilibскачать dle 10.6фильмы бесплатно


218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.