• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Peyman Sadıqov: “Azərbaycanımızda demokratik və hüquqi cəmiyyət var”

26-08-2024, 12:30 | Baxılıb: 246
“Peyman Sadıqov: “Azərbaycanımızda demokratik və hüquqi cəmiyyət var”

51 saylı Şirvan seçki dairəsi üzrə namizəd Peyman Sadıqov növbəti dəfə Şirvan sakinlərinə səslənib. Dövlətin imkanlarına arxalanaraq Şirvanımızı problemlərdən azad edək.
Peyman Sadıqov seçicilərdən kimə səs vermələrindən asılı olmayaraq, hamılıqla Sentyabrın 1-də seçkilərdə iştirak etməyi xahiş edib. O, öz seçicilərinə çağırış edərək bildirib ki, ilk növbədə hər bir seçici öz haqqı olan seçki marafonundan istifadə etməyi bacarmalıdır. “Bəzən heç vaxt seçkidə iştirak etməyən və seçki haqqında anlayışı olmayan birisi, hər yerdə çıxış edib millət vəkilini və namizədi belə ittiham edir. Yaxşı olardı ki, həmin insanlar da seçkilərə qatılıb həm öz namizədinin seçilməsinə yardımçı olsunlar, həm də səs verdikləri orqanın fəaliyyətindən xəbər tutsunlar. O zaman onların ittihamları da düzgün hədəfinə çatar və bu da həqiqi namizədin fəaliyyətinə müsbət təsir göstərər. Mən indiyə kimi 3 dəfə məhz Şirvan şəhərindən seçkilərdə iştirak etmişəm. Doğma Şirvanlıların düzgün seçim edəcəklərinə inanıram. Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin, bir adam kütləni heç vaxt aldada bilməz. Prezidentimizin əməyi sayəsində ölkəmiz durmadan inkişaf edir. Bu artıq özünü hər yerdə əyani şəkildə göstərir. İnkişaf edən ölkədə ara-sıra problemlərin özünü göstərməsi də təbii haldır. Bu problemlərin həllində yardımçı olmaq əvəzinə, ondan seçki qabağı bayraq kimi istifadə etmək düzgün deyil. İndi namizədlər var ki, bundan siyasi məqsəd kimi istifadə edir və fantastik şəkildə bütün məsələləri həll edəcəklərini vəd edirlər. Əzbərçi natiq olub xalqı aldatmaq sənəti bizim üçün deyil. Bu artıq millətin vəkili olmaq niyyətindən yox, onu aldatmaq niyyətindən xəbər verir. Onlar anlamalıdırlar ki, indi sürətlə inkişaf edən ölkəmizdə nəinki deputatlar, hətta nazirlər və icra başçıları belə birlikdə prezidentimizin gördüyü işin heç 10%-ni belə görə bilməzlər. Xalq üçün ölkədə Prezident var və onun qədər xalqını istəyən başqa birisi ola bilməz. Amma, indi bəzi deputatlığa namizədlər ölkə başçısının səlahiyyəti qədər camaata vəd verib onları aldadırlar. Əgər onlar xalqı istəsəydilər, ən azı bu gün insanları aldatmazdılar”,-deyə namizəd açıqlayıb.
Peyman Sadıqov qeyd edib ki, hər bir dairənin millət vəkili olmaq üçün, o insanların içində yaşamaq başlıca şərtdir.
“Mənim köküm bu şəhərə bağlıdır və burada da yaşayıb boya-başa çatmışam. Bu camaatın keçirdiyi bütün hisslərinə bələdəm. Lakin, indi elə namizəd var ki, məsələn, heç ömür boyu Şirvanda yaşamayıb, indidən şəhər camaatına yağlı vədlər verir. Bu tanımadığı yerdə bələd olmadığı problemi necə həll edəcək? Mən şəhər camaatımızı öz məqsədləri xatirinə şirinikləşdirici vasitələrə əl atan insandan qorunmağa çağırıram. Hər şeydən əvvəl sizi Setyabrın 1-də məntəqələrə gələrək kimə səs vermənizdən asılı olmayaraq seçkilərə qatılıb öz hüquqlarınızdan istifadə etməyə çağırıram. Dövlət xalqa bunun üçün yüksək şərait yaradıb”,-deyə Peyman Sadıqov bəyan edib. Əziz Şirvanlılar, Sizin etimadınızı doğrultmaq uğrunda mübarizədə qərarlıyam. Çünki Azərbaycanımızda demokratik və hüquqi cəmiyyət var.скачать dle 10.6фильмы бесплатно


246

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.