• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Pakistan mətbuatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb

26-08-2024, 21:00 | Baxılıb: 204
“Pakistan mətbuatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb

Pakistanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qardaş ölkədə çoxşaxəli humanitar fəaliyyətindən bəhs edən məqalələr dərc edib.
Diaspor.info xəbər verir ki, Pakistanın nüfuzlu “İslamabad Post” qəzetinin birinci səhifəsində baş məqalə kimi dərc olunmuş “Heydər Əliyev Fondunun Pakistanda humanitar izləri” sərlövhəli məqalədə qeyd olunub: “Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı, Zati-aliləri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, müxtəlif dost ölkələrdə, o cümlədən qardaş Pakistanda ehtiyacı olan icmaların rifahına və inkişafına mühüm töhfələr verib. Fond genişspektrli layihələr və xeyriyyə proqramları vasitəsilə Pakistanda səhiyyə, təhsil və sosial xidmətlərin təkmilləşdirilməsində mühüm rol oynayıb, bununla da iki qardaş xalq arasında əlaqələri gücləndirib”.

Məqalənin müəllifi qeyd edib ki, Heydər Əliyev Fondunun Pakistandakı diqqətəlayiq təşəbbüslərindən biri əhalinin sağlamlığını yaxşılaşdırmaq və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi daşıyan Hayber-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvənd kampaniyası olub. Bundan əlavə, Fond xüsusi ehtiyacı olan və məhdud fiziki imkanlı şəxslərə dəstək olmaq öhdəliyini nümayiş etdirərək, Peşəvərdəki “Əkbər Baxım” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edib.Əliyev Fondunun Pakistanda səhiyyə, təhsil, infrastrukturun inkişafı və sosial rifahı əhatə edən geniş humanitar fəaliyyəti saysız-hesabsız fərdlərin və icmaların həyatına dərin təsir göstərib. Fond ehtiyacı olan insanlara xidmət etmək üçün böyük fədakarlıq göstərərək, həm də qardaş Azərbaycan ilə Pakistan arasında əlaqələri daha da möhkəmləndirib.

“The Gulf Observer”, “The Europe Today” informasiya portalları Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Pakistanda həyata keçirilən layihələrdən bəhs edərək yazıb: “Qeyd edək ki, Heydər Əliyev Fondunun Pakistanda nümunəvi işləri diqqətdən kənarda qalmayıb, onun rəhbəri cəmiyyətə verdiyi görkəmli töhfələrə görə təqdir və rəğbət qazanıb. Mehriban xanım Əliyevanın “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı – 2013”ə layiq görülməsi onun humanitar işlərə böyük sadiqliyinin göstəricisidir. Daha sonra, 2015-ci ildə Azərbaycan ilə Pakistan arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi müstəsna səylərə görə Fondun rəhbəri Pakistanın dövlət mükafatı olan nüfuzlu “Hilal-e-Pakistan” ordeni ilə təltif edilib. Bu mötəbər mükafatı alan ilk birinci xanım olan Zati-aliləri Mehriban xanım Əliyeva beynəlxalq əməkdaşlığın və xoşməramlılığın gücləndirilməsi istiqamətində fədakar səylərini davam etdirir”.скачать dle 10.6фильмы бесплатно


204

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.