• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının təmsilçiləri Mətbuat Şurasında olublar

27-08-2024, 14:30 | Baxılıb: 253
“ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının təmsilçiləri Mətbuat Şurasında olublar



ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının təmsilçiləri
Mətbuat Şurasında olublar

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahisə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında olublar. Onlarla görüşdə MŞ İdarə Heyətinin üzvləri – qurumun Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli, komissiyanın təmsilçiləri Yeganə Hacıyeva və Azər Həsrət, həmçinin Şuranın icraçı katibi Əvəz Rüstəmov iştirak ediblər.

Qonaqlar, əsasən, ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar ünvanlayıblar. Məlumat verilib ki, MŞ-nin seçki ilə bağlı fəaliyyəti iki hissəyə bölünür. Birincisi, seçkiqabağı təbliğat-təşviqat mərhələsində media orqanlarının monitorinqi, ikincisi seçki günü medianın prosesi işıqlandırması vəziyyətini diqqətdə saxlamaq.
ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının təmsilçiləri Mətbuat Şurasında olublar
Qeyd edilib ki, monitorinq ölkənin tanınmış ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, əsasən ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayülləri diqqətdə saxlanılır, belə hallar baş verdiyi təqdirdə, bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə Şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərirlər. Prosesi işıqlandıran jurnalistlər səsvermə başladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq, mümkün çətinlik və anlaşılmazlıqlar barədə məlumat vermək imkanı qazanırlar. Mövcud prosedur Milli Məclisə bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də tətbiq olunacaq. Bundan başqa seçki günü MŞ-nin İdarə Heyətinin jurnalist və Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iştirakının monitorinqini aparacaq, ayrı-ayrı məntəqələrdə onlara yaradılmış şəraitlə tanış olacaqlar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş görüşdə media təmsilçilərinin seçkini işıqlandırmaları ilə bağlı müxtəlif detallar müzakirə olunub, xarici təcrübədən söz açılıb, habelə ümumən Mətbuat Şurasının fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrinə nəzər salınıb.скачать dle 10.6фильмы бесплатно


253

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.