• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Livan portalı Rusiya Prezidentinin Azərbaycana səfərindən və Cənubi Qafqazdakı vəziyyətdən yazıb

28-08-2024, 09:00 | Baxılıb: 183
“Livan portalı Rusiya Prezidentinin Azərbaycana səfərindən və Cənubi Qafqazdakı vəziyyətdən yazıb

Cənubi Qafqazda cərəyan edən siyasi proseslər dünya mətbuatının diqqət mərkəzindədir. Livanda dərc olunan “Al Mayadeen” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə həsr olunmuş “Putin və Azərbaycanla münasibətlər: Cənubi Qafqaza diqqət mərkəzində” sərlövhəli analitik material yayıb.
Diaspor.info xəbər verir ki, müəllifi Xuda Rizik olan materialda Azərbaycan Prezidenti İlham Əliyevin balanslaşdırılmış xarici siyasət yürütdüyü və bununla da milli maraqları qoruduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyev Qərblə əlaqələri inkişaf etdirməklə yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin genişlənməsinə də xüsusi önəm verir. Prezident İlham Əliyev strateji balansı qorumaqla regionda sabitliyin qorunub saxlanılması və davamlı xarakter alması üzərində səylə çalışır. Azərbaycan siyasi reallıqları nəzərə alaraq qonşuları kimi birbaşa NATO ilə yaxınlaşıb bu quruma üzv olmaq istəmədi. Balanslaşdırılmış xarici siyasət nəticəsində rəsmi Bakı Qarabağın işğaldan azad edilməsinə nail oldu.

Ukraynada davam edən silahlı toqquşma Rusiya üçün Qərbə “qapıları bağlayıb”, buna görə də Moskva “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə tam olaraq formalaşmasına və inkişafına çalışır. Azərbaycan isə İran və Rusiya arasında tranzit ölkədir. Rusiya Cənub Şərqi Asiya, Hindistan, Çin, Körfəz ölkələri ilə bu dəhliz vasitəsilə ticarət əlaqələrini davam etdirəcək. Azərbaycan tranzit ölkə olaraq öz ərazisində dəhlizin tam gücü ilə işləməsi üçün lazım olan bütün infrastruktur layihələrini həyata keçirib. Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir və avtomobil yolları inşa edərək istismara verib.

Vladimir Putinin Azərbaycana dövlət səfərinə toxunan müəllif vurğulayır ki, Rusiya Prezidentinin yüksək səviyyədə qəbul edilməsi qarşılıqlı əlaqələrin inkişaf istiqamətində olduğunu göstərir.

Materialda bildirilir ki, Prezident İlham Əliyev Türkiyə ilə də yaxın müttəfiqlik əlaqələri qurub. Prezident İlham Əliyevin praqmatik siyasəti Azərbaycanın müstəqil hərəkət etməsinə, heç bir ölkənin təsir altına düşməməsinə gətirib çıxarıb.Rusiya ilə Azərbaycan arasında 170 razılaşma əldə edilib. Azərbaycanda rus dilində tədris aparılan 300-dən çox məktəb fəaliyyət göstərir və Rusiya-Azərbaycan Universitetinin yaradılması qərara alınıb. Hər iki ölkə nəqliyyat, tranzit, enerji, sənaye və iqtisadiyyatın digər sahələrində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdirlər. Rusiya İtaliyadan sonra Azərbaycanın ikinci yaxın ticarət tərəfdaşıdır.

Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı statusunun artırılmasını, BRICS ölkələri sırasına daxil olmasını istəyir. Bununla yanaşı, Rusiya Ermənistan ilə Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyasında iştirak edib məsələnin tam həllinə çalışır. Lakin Ermənistan 2020-ci ildə Bakı, Moskva və İrəvan arasında əldə olunan razılaşmaya əməl etmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın bu siyasətini tənqid edib. O, rəsmi İrəvanı razılaşmanı sabotaj etməkdə ittiham edib.

Yazıda ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı fəaliyyətinə də diqqət çəkilib. Vurğulanıb ki, Ermənistan Minsk qrupunu sərhədin demarkasiyası üzrə danışıqlar prosesinə cəlb etməyə çalışsa da, Azərbaycan bu qurumu ölü hesab edir. Belə ki, qrup 30 il müddətində problemin həlli istiqamətində səmərəli addım atmayıb.

Müəllif Xuda Rizik, həmçinin Prezident İlham Əliyevin yüksək diplomatik qabiliyyətinə diqqət çəkir. Bildirir ki, Azərbaycan müasir dünyada suverenliyini bərpa edən bəlkə də yeganə ölkədir.скачать dle 10.6фильмы бесплатно


183

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.