• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman: Azərbaycanın getdikcə artan beynəlxalq əhəmiyyəti onu müxtəlif ölkələr üçün cəlbedici ünvana çevirir

29-08-2024, 13:00 | Baxılıb: 242
“Ombudsman: Azərbaycanın getdikcə artan beynəlxalq əhəmiyyəti onu müxtəlif ölkələr üçün cəlbedici ünvana çevirir

Bu gün dünyada qloballaşma və onun təzahürü kimi kütləvi insan yerdəyişmələri prosesinin müxtəlif səbəbləri var. Silahlı münaqişələr, müharibələr, siyasi və iqtisadi böhranlar, təbii fəlakətlər, ərzaq və içməli su çatışmazlığı, keyfiyyətsiz tibbi və sosial xidmətlər mütəxəssislər tərəfindən məcburi yerdəyişmənin əsas səbəbləri kimi göstərilir.
Diaspor.info xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.

O qeyd edib ki, son illər miqrasiya axınlarının intensivləşməsi, coğrafi xəritəsinin genişlənməsi ölkələrin demoqrafik və iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərməklə yanaşı, bu proses iştirakçılarının sosial adaptasiyası, yerli əhali və dövlət orqanları ilə münasibətlərin formalaşması fonunda insan hüquqlarının təmini məsələlərinə də təsirsiz ötüşmür:

"Azərbaycanın da getdikcə artan iqtisadiyyatı, beynəlxalq əhəmiyyəti, əlverişli coğrafiyası onu müxtəlif ölkələrin nümayəndələri üçün cəlbedici ünvana çevirməkdədir. Bu inkişaf tendensiyaları fonunda ölkəmizdə insan hüquqlarının müdafiəsi prinsipinin səmərəli tətbiqi davam etdirilməkdədir. Milli insan hüquqları təsisatı olaraq əhalinin müxtəlif kateqoriyalarından olan şəxslərin hüquqlarının müdafiəsi, səmərəli həyata keçirilməsi və təşviqi üzrə geniş tədbirlər həyata keçirilməkdədir. Hesab edirik ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maraqlarının qorunması, müvafiq qanunvericiliyin və bu sahədə hüquq-müdafiə mexanizminin təkmilləşdirilməsi, institusional potensialların artırılması sahəsində həyata keçirilən fəaliyyət sırasında geniş maarifləndirmə işinin əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Bu baxımdan, bugünkü tədbirə də məhz qeyd edilən aspektdən yanaşmaq lazımdır".

Ombudsman vurğulayıb ki, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin tərkib hissəsi kimi ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla tərəfdaşlıqda mütəmadi görüşlər, məsləhətləşmələr, layihələr həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində qabaqcıl təcrübədən istifadə edildiyini vurğulayan Səbinə Əliyeva deyib ki, yerli və beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir.скачать dle 10.6фильмы бесплатно


242

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.