• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Səbinə Əliyeva "Law and climate" adlı beynəlxalq konfransda iştirak edib

6-09-2024, 18:30 | Baxılıb: 286
“Ombudsman Səbinə Əliyeva


Ombudsman Səbinə Əliyeva "Law and climate" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə keçirilən “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfransda iştirak edib.
Tədbirin açılış sessiyasında çıxış edən Ombudsman ekoloji problemlərin yaranma səbəblərinin və həll edilməsi yollarının araşdırılmasının zəruri olduğunu, istər beynəlxalq təşkilatlar tərəfindən, istərsə də dünya ölkələri səviyyəsində bu sahədə ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.
Müvəkkil ətraf mühitin qorunması, ekoloji dayanıqlığın təmin olunması və digər bəşəri əhəmiyyətli hədəfləri müəyyən edən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının təmini, ətraf mühitin mühafizəsi və sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq normaların ölkə səviyyəsində implementasiyası istiqamətində Ombudsman təsisatı tərəfindən müvafiq işlərin aparıldığını, bu sahədə geniş maarifləndirmə fəaliyyətinin həyata keçirildiyini bildirib.
Ombudsman Səbinə Əliyeva "Law and climate" adlı beynəlxalq konfransda iştirak edib
Ombudsman ətraf mühitə mənfi təsir göstərən mühüm problemlərdən birinin də dünyada baş verən müharibələrin olduğunu qeyd edib, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə Ermənistan tərəfindən ölkəmizin təbii sərvətlərinin talanması, qanunsuz istismarı, habelə flora və faunasının, biomüxtəlifliyinin məhv edilməsi, yürüdülən mina terroru siyasəti və onun fəsadlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ombudsman Aparatı tərəfindən geniş fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.
S.Əliyeva iqlim dəyişikliyi ilə mübarizədə dünyanın vacib təşəbbüslərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının xüsusi əhəmiyyət kəsb etdiyini, cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində bir sıra mühüm tədbirlərin təşkil olunduğunu, eləcə də cari ilin 2 oktyabr tarixində Ombudsmanın təşkilatçılığı ilə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda beynəlxalq forumun keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


286

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.