• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun onlayn görüşündə Ombudsmanın fəaliyyəti barədə məlumat verilib

12-09-2024, 12:00 | Baxılıb: 186
“Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun onlayn görüşündə Ombudsmanın fəaliyyəti barədə məlumat verilib

Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun onlayn görüşündə Ombudsmanın fəaliyyəti barədə məlumat verilib

Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun onlayn görüşündə Ombudsmanın fəaliyyəti barədə məlumat verilib
Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun növbəti onlayn görüşü keçirilib.
İşçi Qrupuna üzv olan milli insan hüquqları təsisatlarının əməkdaşları, habelə beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə baş tutan görüşün əsas məqsədi BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının təşviqi, müdafiəsi və monitorinqi üzrə ötən dövr ərzində görülmüş işlər barədə müzakirə aparılmasından ibarət olub.
Görüşdə ENNHRI-nin Baş katibi Debbi Kohnerin çıxışından sonra müxtəlif ölkələrin milli insan hüquqları təsisatları tərəfindən əlilliyi olan şəxslərin hüquqları üzrə son bir ildə həyata keçirilən tədbirlər barədə məlumat verilib, müsbət təcrübələr diqqətə çatdırılıb.
Həmin görüşdə Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi Şəhla Aslanova Azərbaycan Ombudsmanının fəaliyyəti ilə bağlı çıxış edib.
Çıxış zamanı iştirakçılara “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliyə əsasən, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə Ombudsmana həvalə edilmiş funksiyaların icrası ilə əlaqədar təsisatda müstəqil monitorinq qrupunun yaradılması istiqamətində görülən işlərlə bağlı məlumat verilib. Eyni zamanda, ölkəmizdə digər qanunvericilik aktlarına da Ombudsmanın yeni səlahiyyətləri ilə bağlı müvafiq dəyişikliklərin edildiyi, bu mövzu ilə bağlı məlumatlılığın artırılması məqsədilə dövlət qurumlarının əməkdaşları üçün maarifləndirici tədbirlərin təşkil olunduğu, habelə Ombudsmanın yenilənmiş internet səhifəsində müyəssərlik menyusunun əlavə edildiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, cari ildə Azərbaycan Ombudsmanının beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitəsinə paralel hesabat təqdim etdiyi, həmçinin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının ölkə üzrə həyata keçirdiyi layihəyə də cəlb olunduğu bildirilib.
Yekunda oktyabr ayında Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə keçiriləcək “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Beynəlxalq Bakı Forumunda da əlilliyi olan şəxslər üçün müyəssərliyin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Görüşdə Azərbaycanla yanaşı, İşçi Qrupuna üzv digər ölkələrin nümayəndələri də çıxış ediblər.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно

186

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.