• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nazir müavini: Azərbaycan iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir

29-11-2024, 23:00 | Baxılıb: 404
“Nazir müavini: Azərbaycan iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir

Azərbaycan iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir.
Diaspor.info xəbər verir ki, bunu Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” konfransından sonra jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri su ehtiyatlarının azalmasına və kənd təsərrüfatı sahəsində problemlərin yaranmasına səbəb olur:

“Həm Azərbaycanda, həm də ölkəyə transfer olunan çayların keçdiyi ərazilərdə yağıntıların miqdarının azalması su qıtlığına yol açan əsas amillərdir. İstiləşmə, su ehtiyatlarının azalması, eləcə də torpaqların deqradasiyası meşələrin seyrəlməsi və məhv olması ilə nəticələnir.

Kənd təsərrüfatı iqlim dəyişmələrini şərtləndirən, qlobal istiləşməyə səbəb olan istilik effekti yaradan qazları formalaşdıran əsas sahələrdən biridiri. Atmosferə bu sahənin istifadəçiləri tərəfindən daha çox metan atılır. Müxtəlif kimyəvi maddələrdən, pestisid və gübrələrdən istifadə olunması da torpaqların keyfiyyətini aşağı salır”.

Nazir müavini bildirib ki, COP29-da sözügedən neqativ təsirlərin aradan qaldırılmasına hədəflənən aktual çağırışlar olub:

“Azərbaycan COP29-da on dörd təşəbbüslə çıxış edib. Onlardan biri olan harmoniya təşəbbüsü gələcəkdə Azərbaycanın kənd təsərrüfatı sahələrinin iqlim dəyişmələrinə adaptasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur”.скачать dle 10.6фильмы бесплатно


404

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib
Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.