Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Diaspor.info həmin müsahibənin geniş variantını təqdim edir.
Aparıcı: Cənab Prezident, Sizinlə yenidən Davosda görüşmək böyük şərəfdir.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam. Mən əvvəlki görüşümüzü xatırlayıram. Sizin auditoriya ilə söhbət etmək imkanına görə sizə təşəkkür edirəm.
Aparıcı: Siz sağ olun, Cənab Prezident. Çoxqütblü dünyada biz öz arzularımızı və planlarımızı necə görürük? Əminəm ki, daimi dəyişikliklər baş verir, ancaq təməl aspektlər də var. Siz bu məsələləri necə görürsünüz?
Prezident İlham Əliyev: Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Aparıcı: Aydındır. Cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?
Prezident İlham Əliyev: Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.
Buna görə də biz danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.
Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər.Aparıcı: Mənim bildiyimə görə, son xəbərlərə əsasən Azərbaycanın danışıqlar komandası Çinin danışıqlar komandası ilə təmasdadır, o cümlədən yanvar ayında. Mən hər iki tərəfdən müsbət reaksiya görürəm.
Prezident İlham Əliyev: Bəli, bu, həqiqətdir. Çünki bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.
Aparıcı: Sizinlə artıq növbəti suala gəldik, cənab Prezident. Biz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində olduğunu görürük. Bu arada Siz BRICS-in üzvü olmaq üçün fəal addımlar atırsınız. Beləliklə, təhlükəsizlik, ticarət, iqtisadi inkişaf və hər kəs üçün uduşlu bir vəziyyət nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı olan müzakirələri necə görürsünüz?
Prezident İlham Əliyev: Əslində, Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.
Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir.
Aparıcı: Bundan əlavə, boşluq xeyli böyükdür.
Prezident İlham Əliyev: Elədir.
Aparıcı: İndiyədək daha nələri müşahidə etmisiniz?Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı.
Aparıcı: Cənab Prezident, Siz Dünya İqtisadi Forumunun ilk günündən burada olduğunuza görə, artıq qarşıdakı bir neçə həftə və aylarla bağlı ciddi qeyri-müəyyənliyin və narahatlığın olduğunu hiss edə bilərsiniz. Məsələn, Vaşinqtonda administrasiya dəyişikliyi ilə əlaqədar insanlar onun yürüdəcəyi siyasətin necə ola biləcəyi barədə düşünürlər. Siz bununla əlaqədar qeyri-müəyyənliklərə və idarəçilik üslubuna necə baxırsınız?Aparıcı: Xatırlayıram ki, bir neçə il bundan əvvəl, elə Dünya İqtisadi Forumunda mən, Cənab Prezident, Sizin Orta Dəhlizin potensialı barədə ətraflı şəkildə danışdığınız panel sessiyaya moderatorluq etmək şərəfinə nail olmuşdum. Həmin ili xatırlayırsınız, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, əlbəttə.
Aparıcı: Siz region və region hüdudlarından kənar siyasi və biznes liderləri ilə birlikdə idiniz.
Prezident İlham Əliyev: Bəli.
Aparıcı: İllər keçdi və bu, baxışdan reallığa çevrilir.
Prezident İlham Əliyev: Doğrudur.İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir.
Aparıcı: Bu, xüsusilə Qlobal Cənub ölkələri üçün vacibdir.
Qlobal Cənub iqtisadiyyatı olaraq Siz Çində bu iqtisadiyyatın xüsusiyyətində nəyi görürsünüz?
Prezident İlham Əliyev: Mən bildiyimə görə, - mən yeni planlar haqqında dərindən məlumatlı deyiləm, lakin bizim müşahidə etdiklərimizə əsasən, - Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur.
Aparıcı: Gözləntilər də çox böyük olur.etdiyini görə bilərlər və özlərinə yeni dostlar qazana bilərlər. Əminəm ki, xalqlararası təmaslar ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxın edəcək. Yeni İliniz mübarək olsun!
Aparıcı: Çox sağ olun, cənab Prezident. Ümid edirəm ki, bu il Azərbaycan xalqı üçün də möhtəşəm bir il olacaqdır.
Prezident İlham Əliyev: Çox sağ olun.
Aparıcı: Çox sağ olun.