Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsinin Aktau sahillərində qəzaya uğraması ilə gərginləşən Azərbaycan-Rusiya münasibətləri hələ də qeyri-müəyyən qalmaqda davam edir. Kreml rəsmilərinin baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürməməsi, üstəlik, Rusiya mediasında, nəinki mediasında, hətta siyasi dairələrində Azərbaycana qarşı start götürən hücum və qarayaxma kampaniyası bəzi məsələlərin sağlam məntiq əsasında həllinə maneçiliklər törədir.
Əlaqələrdəki soyuqluq isə “üçüncü qüvvələr”i yaranmış vəziyyətdən sui-istifadəyə sürükləyir və onlar Rusiyadakı anti-Azərbaycançı qüvvələrin dəst-xətti ilə Bakı-Moskva təmaslarını bir qədər də dramatikləşdirməyə çalışır.
Hər şeydən əvvəl, onu xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə bağlı irəli sürdüyü tələblər tamamilə qanunidir. Artıq istintaqın ortaya qoyduğu ilkin hesabat faciədə Rusiyanın müvafiq orqanlarının günahkar olduğunu təsdiqləyir.
Ancaq nədənsə, Azərbaycanla 2022-ci il fevralın 22-də imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamənin prinsiplərinə zidd olaraq Kreml təmsilçiləri məlum məsələdə Azərbaycanın qənaətini bölüşmür və fərqli interpretasiyalar hesabına məsuliyyətdən boyun qaçırırlar. Və hər dəfə olduğu kimi, bu dəfə də ənənəvi metoda əl ataraq ölkəmizə antipatiya bəsləyən siyasətçilər və media orqanlarını hərəkətə keçirərək Azərbaycan əleyhinə qara-piarı stimullaşdırırlar.
Görünən odur ki, Rusiyada hələ də “parçala və hökm sür” düşüncəsində olub “velikorus şovinizmi”ni əlində bayraq edərək postsovet respublikalarına bərabərhüquqlu tərəfdaş deyil, yuxarıdan-aşağıya baxmağa üstünlük verən qüvvələr var və onlar həm Kremldə, həm Dövlət Dumasında, həm siyasi partiyalar, həm də media strukturlarında yetərincə təmsil olunurlar.
Bu ehtimallar Bakıda “Rus evi”nin qapadılması fonunda özünü doğrultdu. Təşkilatın qanunsuz fəaliyyətinin dayandırılmasını həzm edə bilməyən ruslar siyasi şoumenlər və qərəzli media gücü ilə hücuma keçərək Azərbaycan dövləti ətrafında qara fon yaratmağa başladılar. Azərbaycan parlamenti də daxil olmaqla müvafiq qurumlar Dövlət Dumasının “Yedinaya Rossiya” partiyasından olan üzvü, keçmiş idmançı Nikolay Valuyevin əsassız və absurd tələblərinə qətiyyətli cavablar verdi.
Cavablarda onun sifarişli bəyanatlarının dövlətlərarası münasibətlərə zərbə vurduğu diqqətə çatdırıldı. Həqiqətən də, Valuyevin Bakı-Moskva münasibətlərinin ən həssas mərhələsində necə deyərlər, “yuyulmamış çömçə” kimi ortaya çıxaraq xalqlararası münasibətləri hədəf seçməsinin arxasında təhlükəli planlar durur.
Çünki deputatın “Rus evi”nin bağlanmasına cavab olaraq:
1.Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması,
2.Azərbaycanlıların biznesinin məhdudlaşdırılması,
3.Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlıların ölkədən çıxarılması,
4.Qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi
iddiaları, bu da azmış kimi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri rus jarqonunda “şoblya-voblya” adlandırması çox güman ki, Valuyevin beyninin məhsulu deyil və kələfin ucu Kremlə aparıb çıxarır. Şübhəsiz, bu cür ifrat millətçi şüarlar Şimal dövlətində yaşayan azərbaycanlılara qarşı hücum kampaniyalarının təşkili və onların Rusiyadan qovulması üçün də stimul yarada bilər. Nəticədə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinə də zərbə dəyir.
Kiçik bir statistikanı diqqətə çatdıraq.
Azərbaycan və Rusiyanın ticarət dövriyyəsi
-2024-cü ilin yekunlarına görə, təxminən 4,8 milyard dollar təşkil etdi ki,
-bu da 2023-cü illə müqayisədə 10,1 faiz çoxdur;
-ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,08 faizini Rusiya ilə ticarət əməliyyatları təşkil etdi;
-Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın 3-cü ticarət tərəfdaşı oldu;
-Azərbaycan məhsullarının Rusiyaya ixracı 2024-cü ildə 1,5 faiz azalaraq 1,178 milyard dollar təşkil etdi.
Bu gün Rusiya Azərbaycan mallarının ixrac olunduğu ölkələr sırasında 3-cü yeri tutur, qeyri-neft məhsullarının idxalında isə liderliyini qoruyub saxlayır - idxal mallarının tədarükü 4,3 faiz artaraq 1,162 milyard dollara çatır. Bu rəqəmlər göstərir ki, Şimal dövləti Azərbaycanla iqtisadi əlaqələrdən yalnız udur. Ona görə də təyyarə qəzası ətrafında artan ziddiyyətlər Ukrayna bataqlığına düşən və Qərbin çoxsaylı sanksiyaları ilə üzləşən Rusiyaya daha çox zərbə vuracaq. Kreml israr etdikcə isə, Bakı adekvat və alternativ addımlara müraciət etmək məcburiyyətində qalır.oyunları” daha çox Rusiya və İranın maraqları üçün təhdiddir. Çünki hər iki ölkə uzun illərdən bəri NATO-nun onların sərhədlərinə yaxınlaşması, daha dəqiq desək, “Şərqə doğru genişlənməsi”nə qarşı mübarizə aparıblar.
Ancaq artıq onların ən sadiq dostları – Ermənistan əməkdaşlıq maraqlarına xəyanət edərək Qərb hərbi qüvvələrinin Rusiya və İran sərhədlərinin yaxınlığında dislokasiyasına şərait yaratmaqdadır. Şimal dövlətinin siyasi dairələri bu təhdidi doğru dəyərləndirməli, Azərbaycana qarşı çirkin dezinformasiyalara rəvac vermək əvəzinə Ermənistanın ruslar üçün hazırladığı yeni sürprizlərə hazır olmalıdır.
Əlibala Məhərrəmzadə,
Milli Məclisin deputatı