• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Moldova xəbər portalı Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsini işıqlandırıb

7-01-2026, 16:00 | Baxılıb: 206
“Moldova xəbər portalı Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsini işıqlandırıb

Moldovanın aparıcı “Noi.md” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən əsas sitatları əks etdirən məqalə dərc edilib.

Diaspor.info xəbər verir ki, rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatında artdığı rol haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, Azərbaycan qaz ixracını həm həcm, həm də coğrafi imkan baxımından artırır. Azərbaycan bu gün və uzun illər Avropa istehlakçıları üçün əvəzolunmaz tərəfdaşdır və enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolu daha da artacaq.

Məqalədə dövlət başçımıza istinadla daha sonra vurğulanır ki, Azərbaycan hazırda 14 ölkəyə qaz tədarük edir, onlardan 11-i müntəzəmdir. Ümumilikdə, Azərbaycandan boru kəməri qazının coğrafi ərazisi 14 ölkədir və bu il daha iki Avropa ölkəsi də əlavə olunacaq. Ona görə də ümumilikdə onların sayı 16 olacaq və bu, boru kəməri ilə qaz tədarükü baxımından ən böyük rəqəmdir. Dünyanın heç bir ölkəsi Azərbaycan qədər ölkəyə boru kəməri qazı vermir.

Ötən il Azərbaycan qazının ixracı 25 milyard kubmetrdən çox olub, artım potensialı var və bu artımın iki mənbəyi: bərpaolunan enerji mənbələri və mövcud və ya yeni yataqlardan hasil olunan yeni hasilatdır.

Məqalədə yazılır ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” yatağının dərinsulu hissəsindən yeni qaz hasilatı gözləyir. Bu yataqdan çoxlu neft hasil edilir, lakin o, həm də böyük dərinlikdə yerləşən böyük qaz ehtiyatlarına malikdir, ona görə də onu dərin su qazı adlandırırlar. “Şahdəniz”in də növbəti illərdə əlavə qaz həcmləri təmin edəcək “Şahdəniz kompressiyası” adlanan yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Digər perspektivli yataq çox böyük və əhəmiyyətli potensiala malik “Babək” yatağıdır və ona investisiya qoymaqda maraqlı olan bir sıra şirkətlər var. Hazırda hasilatın birinci mərhələsindədir və biz hasil olunan qazı yerli istehlak üçün alırıq. Abşeronun ikinci fazası Azərbaycana indikindən bəlkə də üç dəfə çox qaz verəcək. Beləliklə, bazarlar üçün daha çox qaz olacaq.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasətinə dair bir çox fikirləri də yer alıb.скачать dle 10.6фильмы бесплатно


206

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.