Mən Portuqaliyadanam. Bizim üçün çox asandır, İspaniyadan olan qardaşlarımız var. Lakin Sizə deyim ki, onlar da heç də hər zaman qardaşımız olmayıb. Biz beş əsr onlarla vuruşmuşuq. Hər zaman Cənubi Qafqazdakı dostlarıma deyirəm ki, baxın, sərhədlərin olmaması mümkündür. Bildirmək istəyirəm ki, biz, demək olar, ölkələr arasında fərqlərin müəyyən edilməsində çətinlik çəkirik. Onlar günortalar yatır, qalan vaxtda isə çox səs-küylü olmaqda davam edirlər. Əlbəttə, biz futbolda da qarşılaşırıq. Ümid edirəm ki, yaxın zamanlarda biz Bakıda Azərbaycan ilə Ermənistan arasında futbol meydançasında qarşılaşmanı, 11 oyunçunun digər 11 oyunçu ilə mübarizə aparmasını görə biləcəyik və deyəcəyik, qoy güclü aparsın. Bununla belə, ümidvaram ki, son illərdə Portuqaliyanın töhfəsi o qədər yaxşı olmasa da, biz yaxın vaxtlarda təkmilləşəcəyik.Özbəkistan və digər regionlar üçün yeni fondumuzun ilk bağlanışını həyata keçirir və buna nail olur.
Bu fond bizim müzakirə etdiyimiz bir çox sahələrə investisiya yatıracaq. Biz fond üçün 250 milyon avro hədəfi üzərində razılığa gəlmişik və görürük ki, yaxın 4-5 il ərzində bu, ölkəyə yarım milyard avroya qədər investisiya cəlb olunmasına gətirib çıxara bilər. Ona görə də dediyimiz kimi, vəsaitlərinizi bəyəndiyiniz yerə yatırmalısınız.bilmədiyimiz 2 giqavat elektrik enerjimiz mövcuddur.
Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionumuzda heç bir ölkə bu qədər əlavə gücə malik deyil. Əksər ölkələr idxaldan asılıdır. Bəziləri hətta enerji çatışmazlığı ilə üzləşir. Məhz buna görə də məlumat mərkəzləri üçün maksimum səmərəliliyin əldə oluna biləcəyi yer Azərbaycandır.
Biz bu istiqamətdə fəal işləyirik, o cümlədən Davosda keçirdiyim görüşlər və nümayəndə heyətlərinin təmasları vasitəsilə. Beləliklə, beynəlxalq əməkdaşlıq axtardığımız iki əsas investisiya sahəsi bunlardır.
Üçüncü sahə isə mədənçilikdir. Bu sahə nisbətən yenidir. Çünki nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək. Potensialın mövcudluğu sovet dövründə aparılmış araşdırmalardan məlumdur, lakin o texnologiyalar tamamilə köhnə idi.
Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir.
Moderator: Müşahidə olunan geosiyasi parçalanma və sanksiyaların təsiri altında münasibətlərin yenidən qurulması şəraitində bağlılıq təşəbbüslərinin dayanıqlığını necə təmin etmək olar? İqtisadi əməkdaşlıq və əlaqəlilik təşəbbüsləri gərgin siyasi münasibətlər olsa belə neytral bir platforma rolunu oynaya bilərmi?
Prezident İlham Əliyev: Biz neft və qaz kəmərlərinin tikintisi üzrə bağlılıq məsələsi ilə məşğul olmuşuq, çünki quru ilə əhatə olunmuş ölkəyik. Neft və qazı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçməliyik. Biz Bakıdan başlayaraq genişmiqyaslı və mürəkkəb boru kəməri layihələrindən birini uğurla həyata keçirmişik. Bakıdan İtaliya sahillərinə qədər uzanan, ümumi uzunluğu təxminən 3500 kilometr olan və bir neçə ölkədən keçən, yəqin ki, ən mürəkkəb qaz kəməri layihələrindən birini uğurla reallaşdırmışıq.
Təsəvvür etdiyiniz kimi, bunu etmək asan deyildi. Çünki biz boru kəmərinin keçdiyi bütün ölkələrin hökumətləri ilə ev sahibi ölkəsi müqavilələrini, kommersiya şərtlərini və tarifləri razılaşdırmalıydıq. Biz bunu etdik. Artıq boru kəməri 5 ildir ki, fəaliyyət göstərir. Neft boru kəməri bundan əvvəl çəkilmişdir. Biz 2006-cı ildə Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan əsas ixrac boru kəmərinin açılışını etdik. Beləliklə bu, ilk bağlılıq layihəsi idi. Sonra artıq qonşu ölkələrlə qurulmuş münasibətlər əsasında biz nəqliyyat sahəsində bağlılıq layihələrinə sərmayə yatırmağa başladıq. Biz başlanğıcını Azərbaycandan götürən, Gürcüstan və Türkiyə ərazisindən keçən, oradan Avropaya və Aralıq dənizi limanlarına gedən dəmir yolu xəttinə investisiya yatırdıq. Beləliklə, bu layihə qismən Azərbaycandan Qərbə doğru ərazini əhatə edirdi. İndi isə biz Azərbaycandan Şərq istiqamətində layihə haqqında düşünürük.Bu gün Bakıda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata keçirilir. Onlardan biri “Ağ Şəhər”dir. Bu, şəhərin içində olan bir şəhərdir. Gələcək bir neçə ildə burada təxminən 50 min insan məskunlaşacaq. Digəri isə həm də turizm məkanı olan “Sea Breeze” adlanır. Bu layihənin tərkibinə əyləncə xarakterli obyektlər, hotellər və yaşayış binaları daxildir. Layihə hazırda 6 kilometrdən çox sahə boyunca uzanır və hətta daha da böyüyəcək. Digər tikinti layihələrini nəzərə almadan, sadəcə, bu iki layihədə satış göstəriciləri onu nümayiş etdirir ki, böyük tələbat var. Mənzil və evləri alanların 70 faizindən çoxu yerlilərdir. Bu, iqtisadi islahatlara və iqtisadi inkişafa görə insanların alıcılıq qabiliyyətinin artdığını göstərir. Eyni zamanda, bu nisbət onu da göstərir ki, Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar. Bu nöqteyi-nəzərdən, - bunu həm də Pedro qeyd etmişdir, - multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini, tətilini gəlib burada - dəniz sahilində keçirmək, həmçinin investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat qiymətə sata bilərsiniz.
Bu, faktiki olaraq iqtisadi fəaliyyətin ən yaxşı göstəricisidir. Təəssüf ki, Azərbaycanda neft ehtiyatlarının təbii azalması səbəbindən iqtisadiyyatımız sürətlə inkişaf edə bilmir. Lakin qeyd etdiyiniz kimi, qeyri-neft sektoru 2 faizdən çox artıb və neft-qazla əlaqəli olmayan sənaye isə ötən il 5,5 faiz artıb. Prezident olaraq mənim üçün bunlar əsas göstəricilərdir.Prezident İlham Əliyev: İlk dərs o oldu ki, müxtəlif dairələrin bu tədbirlərə qarşı çıxmasına baxmayaraq, siz ölkə üçün doğru olanı etməlisiniz. İstər Avroviziya, istər COP-la bağlı biz əsassız tənqidlərlə üzləşdik. Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq. Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır. Beləliklə, çıxardığımız dərslərdən biri bu idi. Çünki səmimi desək, COP-a birillik hazırlıq müddətində bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum. Çünki həqiqətən də bəzi media qurumlarında tənqid, aqressiyanın səviyyəsi o qədər yüksək idi ki, insanı demək olar, ruhdan salırdı. Buna baxmayaraq, biz yaxşı tədbir keçirmək əzmində idik və bu, təşkilatçılıq baxımından, daha vacibi isə nəticələr baxımından həqiqətən də yaxşı tədbir oldu. Biz 10 il ərzində əldə edilməsi mümkün olmayana nail olduq. Karbon bazarının fəaliyyəti ilə bağlı razılığa gəldik, İtki və Zərər Fondu fəaliyyətə başladı, həmçinin iştirakçı sayı boykotu təbliğ edənlərə yaxşı cavab oldu. Ermənistandan başqa, bütün ölkələr iştirak etdi. 70 dövlət və hökumət başçısı iştirak etdi. Beləliklə, boykot taktikası uğursuzluğa düçar oldu. Bu, dərs oldu ki, əgər nəyinsə doğru olduğunu düşünürsünüzsə, buna əminsinizsə, bütün müqavimətə, etiraza, bəzən bütün düşmənçiliklərə baxmayaraq bunu etməlisiniz. Bundan əlavə, bu, bizə öz mövqeyimizi təqdim etməyə imkan verdi. Eyni vaxtda neft və qaza sahib olmaqla yanaşı, artıq qeyd etdiyim kimi, biz bərpaolunan enerjiyə böyük sərmayə yatırırıq və bu, bizim məsuliyyətimizin bir hissəsidir. Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik. Çirklənmə, karbon emissiyaları - bütün bunları biz gözlərimizlə görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə yanaşılmalıdır.
Ev sahibliyi etdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlər haqqında danışarkən birini də qeyd etmək istərdim. Ötən il ilk dəfə Bakıda, aparıcı idmançıların iştirakı ilə UFC turniri keçirildi. Bu tədbir də bütün əsas televiziya kanalları vasitəsilə yayımlandı. Ümid edirəm ki, UFC turnirinə ev sahibliyi etmək də bir ənənəyə çevriləcək. ABŞ-dan başqa bu turnirə ev sahibliyi edən ölkələrin sayı o qədər də çox deyil və bu turnir vasitəsilə Azərbaycanın dünya xəritəsində yer alması bir daha ölkəmizin imkanlarını, beynəlxalq idman və əyləncə gündəliyinə inteqrasiya olunmağımızı nümayiş etdirir.
Moderator: Təşəkkür edirəm. Metyu Armstronq, Amerikanın qlobal enerji texnologiyaları şirkəti “Baker Hughes”in dövlət qurumları ilə əlaqələr şöbəsinin rəhbəri.
Metyu Armstronq: Cənab Prezident, Siz COP29 haqqında danışdınız, mən də şirkətimiz adından həmin tədbirdə iştirak etmək şərəfinə nail oldum. Mən COP29-dan əvvəlki və sonrakı tədbirlərdə iştirak etmişəm və Sizin də qeyd etdiyiniz kimi, onlara neft hasil edən ölkələr ev sahibliyi edib. Sizi əmin edə bilərəm ki, Azərbaycanda keçirilən tədbir fantastik və təsirli oldu. Sizin tənqidlərə açıq və məsuliyyətli cavablarınızı təqdir edirəm. Biz buna bənzər təkamül prosesini keçmişik, - molekullar əhəmiyyətlidir, elektronların vacibliyi artmaqdadır, - ancaq ölkəniz hər ikisini istehsal edir və bununla da firavanlıq gətirir.həmin xartiyaya daxildir. Biz avqust ayının 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu məsələdə geri qalmayacaqlar.
Moderator: Cənab Prezident, bizim 3 dəqiqəmiz var və ilk sırada əyləşən cənabın sualı var, sonuncu çox qısa sual.
Uilyam Lin: Cənab Prezident, burada olmaqdan şərəf duyuram. Mən Londonda bp-də çalışıram. Mən sual deyil, qısa şərh vermək istərdim. Cənab Prezident enerji sektoru ilə bağlı çox təfərrüatlı danışdı və burada əlavə etməli bir məsələ qalmadı. Mən, sadəcə, demək istərdim ki, bp şirkəti, yəni əvvəlki AMOCO şirkəti olaraq biz Sizin rəhbərliyinizlə möhtəşəm tərəfdaşlığın bir parçası olmuşuq. Cənab Prezident, Siz əsl tərəfdaşlıq üçün sərmayədarlara çox münbit şərait yaratmısınız. Siz artıq neft və qaz sahəsində Avropa istiqamətində birgə həyata keçirdiyimiz çoxsaylı böyük enerji və infrastruktur layihələri haqqında danışdınız. Bildiyiniz kimi, biz də öz növbəmizdə bərpaolunan enerjiyə sərmayə yatırırıq. Bunlardan biri də yeni ərazilərdə yaradılan Günəş enerjisi layihəsidir və biz hesab edirik ki, bu sahədə daha böyük imkanlar var. Bu, təkcə Azərbaycanın və ətraf mühitin mühafizəsi baxımından vacib deyil. Bu, həm də karbonsuzlaşdırma mənasında bp-nin özünə lazımdır, çünki bizim də belə bir öhdəliyimiz var.
Burada qeyd olunmayan iki məsələni də əlavə etmək istərdim. Bizim Azərbaycan və SOCAR ilə əməkdaşlığımız ölkə hüdudlarını aşır. Biz SOCAR ilə beynəlxalq səviyyədə əməkdaşlıq etmək arzusundayıq və bununla bağlı SOCAR-ın rəhbərliyə ilə olduqca uğurlu müzakirələr aparırıq. Digər məsələ texniki imkanlar və bacarıqla bağlıdır. Azərbaycanda çox böyük istedadlar var və biz bundan bp daxilində də faydalanırıq. Biz də həmin istedadları yetişdirərək dünyaya təqdim edirik. Bizim bir sıra çox yüksəksəviyyəli nümayəndələrimiz azərbaycanlılardır. Onlar böyük hazırlığa malikdirlər, bp daxilində beynəlxalq karyera qura biliblər, ölkəni, bp-ni və bizi qlobal səviyyədə dünyada güclü şəkildə təmsil edirlər. Əlavə etmək istədiyim bu qədərdir.
Moderator: Xoş sözlərə görə təşəkkür edirəm. Təəssüflər olsun ki, cənab Prezidentin bu gün çox gərgin qrafiki var, ancaq bu səhər bizimlə bir yerdə olduğuna görə gəlin, onu alqışlayaq.