• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

21-01-2026, 20:00 | Baxılıb: 123
“Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

Diaspor.info xəbər verir ki, komitə sədri Səməd Seyidov iclasın gündəliyinə 4 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl dünyada baş verən mürəkkəb geosiyasi prosesləri dəyərləndirən Səməd Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Davos Ümumdünya İqtisadi Forumunda beynəlxalq və regional təhlükəsizlik, qlobal nizam məsələlərinə dair səsləndirdiyi mühüm fikirlərdən bəhs edib, bu yanaşmaların mövcud geosiyasi reallıqlar baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzunu qeyd edən komitə sədri ölkəmizin Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunmasını mühüm və əlamətdar hadisə adlandırıb.

Sonra gündəliyə daxil olan məsələlər - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.

Komitə sədri qeyd edib ki, ötən sessiya dövründə komitənin 10 iclası keçirilib, ümumilikdə 33 məsələyə baxılıb və 31 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Bildirilib ki, payız sessiyası ərzində komitə üzvləri vətəndaş qəbulları təşkil edərək seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüblər. Həmçinin qeyd olunub ki, hesabat dövründə deputatların xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, eləcə də xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri baş tutub.

Komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan yeni qanun layihələrinin müzakirəsi, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.

Daha sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Səməd Seyidov gündəliyin ikinci və üçüncü məsələləri olan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə və “Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələrini təqdim edib. Bildirilib ki, bu sənədlər ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olmaqla yanaşı, gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsinə və əməyin mühafizəsi sahəsində beynəlxalq standartların tətbiqinə töhfə verəcək.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı deputatlar çıxış ediblər, öz təklif və qeydlərini səsləndiriblər.

Tədbirdə komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.скачать dle 10.6фильмы бесплатно


123

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.