• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Otuz ildən sonra həqiqi sülhün bərqərar olması misilsiz bir hadisədir

22-01-2026, 12:00 | Baxılıb: 331
“Otuz ildən sonra həqiqi sülhün bərqərar olması misilsiz bir hadisədir

Otuz ildən sonra həqiqi sülhün bərqərar olması misilsiz bir hadisədir

Artıq 56-cı dəfə təşkil edilən Dünya İqtisadi Forumu 1971-ci ildə Klaus Şvab tərəfindən yaradılıb və hər il Davosda keçirilən toplantılar siyasət, iqtisadiyyat, biznes və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Yanvarın 19-23-də baş tutan 56-cı Davos İqtisadi Forumu artan geosiyasi risklər, yüksələn qlobal borclar və sürətlənən süni intellekt transformasiyası fonunda “Dialoq Ruhu” mövzusu ilə keçirilir. Builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 3 mindən çox nüfuzlu şəxs, o cümlədən 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə nazirinin, 33 xarici işlər nazirinin, 11 mərkəzi bank rəhbərinin və ümumilikdə 400-ə yaxın yüksək səviyyəli siyasi lideri iştirak edir. Bu, forumun tarixində hökumət nümayəndələrinin rekord səviyyədə təmsil olunduğu toplantı kimi qiymətləndirilir. Bu da öz növbəsində beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.
Davos-2026 çərçivəsində 200-dən çox sessiyada qlobal iqtisadiyyat, geosiyasi parçalanma, texnoloji transformasiya, süni intellekt, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq mövzuları əsas müzakirə predmeti olmuşdur. Forumun məqsədi mürəkkəbləşən qlobal şəraitdə dialoqu və qarşılıqlı anlayışı təşviq etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Dünya İqtisadi Forumunun 56-cı illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərə gəlib. Forum çərçivəsində ölkə başçısı bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb, yanvarın 20-də Davosda Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib.
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Euronews” televiziya kanalının Avropa üzrə müxbiri Saşa Vakulinanın moderatorluğu ilə keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan iştirak ediblər.
Panel iclasındakı çıxışında Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı münasıbətlərin hazırki vəziyyətinə toxunaraq bildirib ki, keçən ilin avqustunda hər iki tərəf arasında sülh sazişi paraflandı. Bununla da 30 ildən artıq müddətdə baş verən qanlı qarşıdurmaya son qoyuldu ki, bu da tarixi nailiyyət hesab edilməlidir. Prezidentin bildirdiyi kimi: “Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı”.
“Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir” – deyə ölkə başçısı bildirib.
Burada Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın çıxışına nəzər salmaq yerinə düşər. O,  Azərbaycan Prezidenti İlham Əliyevin “gələcək bizdən asılıdır” fikri ilə tam razı olduğunu söyləyərək qeyd edib ki, ölkələrimizin liderləri öz siyasi iradələrini qətiyyətlə nümayiş etdirirlər: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin. Biz 30 ildir bunu görməmişdik. Amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz hadisədir”.
Artıq Azərbaycandan Ermənistana Gürcüstan ərazisi ilə malların nəql edildiyini xatırladan V.Xaçaturyan bu yüklərin birbaşa olaraq iki ölkənin ərazisindən keçəcəyinə əminliyini bildirib və Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək görülən işləri təqdir edib.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, çox çətin və ağrılı keçən 30 il ərzində ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu illər ərzində beynəlxalq təsisatların davranışı dəyişmədi və onlarla bağlı bütün ümidlər tam alt-üst oldu. BMT-nin Azərbaycanın işğal edilən ərazilərindən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə kağız üzərində qaldı. “Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq” – deyə cənab Prezident bildirib.
2025-ci ilin avqustunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyannamə imzaladılar və sülh sazişi dünyanın bir nömrəli ofisində ABŞ Prezidenti Trampın iştirakı ilə paraflandı.
Bu gün Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Eyni zamanda, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə Strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edilir. “Beləliklə, mən daha nikbinəm, xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə. Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir” – deyə ölkə başçısı qeyd edib.

Otuz ildən sonra həqiqi sülhün bərqərar olması misilsiz bir hadisədir

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


скачать dle 10.6фильмы бесплатно


331

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.