• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər

22-01-2026, 15:00 | Baxılıb: 194
“Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər

Amerikalı konqresmenlər Stiv Kohen və Robert Aderholt 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat veriblər.

Diaspor.info-nun məlumatına görə, Nümayəndələr Palatasının Tenesse ştatından olan üzvü Stiv Kohen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən 26 min sovet qoşunu tanklar və digər zirehli texnikalarla paytaxt Bakıya basqın edərək mülki əhaliyə qarşı hücuma keçib. O qeyd edib ki, sovet qüvvələri günahsız azərbaycanlıları ağır texnikanın altında əzib, qadınlar və uşaqlar da daxil olmaqla dinc əhaliyə atəş açıb. Bu qəddar hərəkətlər nəticəsində 147 nəfər həlak olub, təxminən 800 nəfər yaralanıb, 841 nəfər həbs edilib və 5 nəfər itkin düşüb.

Konqresmen əlavə edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) 1992-ci il fevralın 28-də Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik münasibətləri tam quran ilk ölkələrdən biri olub. Strateji müttəfiqlər olan ABŞ ilə Azərbaycan bu gün regionda və qlobal miqyasda ortaq maraqları bölüşürlər.

“Konqresin Azərbaycan qrupunun həmsədri olaraq, həmkarlarımı Azərbaycan xalqının müstəqilliyə doğru atdığı addımlar uğrunda verdiyi qurbanları qəbul etməyə və bir çox azərbaycanlının həyatını fəda etdiyi demokratik dəyərlərə yenidən sadiq qalmağa çağırıram”, - deyə o əlavə edib.

Alabama ştatından olan Nümayəndələr Palatasının üzvü Robert Aderholt isə bəyanatında bildirib ki, dost və tərəfdaş olan Azərbaycan Respublikası "Qara Yanvar"ın 36-cı ildönümünü qeyd edir və bu dövr Azərbaycan üzərində sovet hakimiyyətinin sonunun başlanğıcını simvolizə edir. O əlavə edib ki, bu faciədən 36 il sonra, Azərbaycan bu ili müstəqilliyini qazandıqdan bəri davamlı sülhün ilk ili kimi qeyd edir.

“Amerika Prezidentinin köməyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması region üçün dönüş nöqtəsi olacağını vəd edir. Həmkarlarımdan Azərbaycanda “Qara Yanvar” hadisələrini anmaqda və azadlıq uğrunda həlak olanların xatirəsini yad etməkdə mənə qoşulmalarını xahiş edirəm. Bundan əlavə, dostumuz və tərəfdaşımız arasında sülhün və rifahın təmin edilməsi üçün gördüyü işlərə görə Prezident Donald Trampa təşəkkür etməkdə mənə qoşululmağınızı xahiş edirəm. Amerika Birləşmiş Ştatları Azərbaycan xalqı və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam edir”, - deyə konqresmen vurğulayıb.

Hər iki bəyanatın mətni ABŞ Konqresinin saytında dərc olunub.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.