• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymət

23-01-2026, 10:00 | Baxılıb: 310
“Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymət

Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymət

Son 22 il ərzində Azərbaycanın bütün sahələrdə inkişaf edərək iqtisadi tərəqqi əldə etməsi, daxili və xarici siyasətdə qazandığı uğurları, ən başlıcası isə Ermənistan ilə 30 illik qanlı qarşıdurmaya son qoyularaq işğal altında olan torpaqların azad edilməsi məhz Prezident İlham Əliyevin intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində əldə olunub.
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində 2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Şanlı Qələbədən üç il sonra – 2023-cü il sentyabr ayının 19-da şanlı Azərbaycan Ordusu Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra düşmən tam şəkildə məğlub edilib, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, tam yeni infrastruktur yaradılır, şəhərlər, kənd və qəsəbələr yenidən tikilir, yollar çəkilir, sosial obyektlər, yaşayış və digər təyinatlı binalar tikilir, keçmiş məcburi köçkünlərin döğma yurdlarına qayıdışı təmin edilir.
Bu gün Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasında yer alıb. Ölkəmiz bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Əminliklə demək olar ki, bütün bu qələbə və uğurların başında məhz İlham Əliyev fenomeni, onun uğurlu siyasəti və fəaliyyəti durur.
Hazırki dövrdə hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir.
Qeyd edilməlidir ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.
Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər komitəsinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın Prezident İlham Əliyevlə görüşündə vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin paraflanmasına xüsusi önəm verib. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərar qəbul ediblər. Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin saziş qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir. Bu nailiyyətlərin müəllifi olan İlham Əliyevin əvəzolunmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.
Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalı olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktını dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur. Eyni zamanda hərbi qüdrətin təcəssümü olan siyasi zəfərin diplomatik uğurunu qısa zamanda təmin etmək olduqca çətindir.
Azərbaycan beynəlxalq aləmə digər bir gerçəkliyi də təqdim etdi, öz torpaqlarını azadlığa qovuşdurmaqla həm də dünyada yeni geosiyasi tarazlıq modelini - haqqın, ədalətin, ləyaqətin düsturunu formalaşdırdı. Hərbi qüdrətinin fonunda və bir sıra hallarda müxtəlif qüvvələrin antisülh bəyanatları şəraitində regionda əbədi sülh carçısı olduğunu nümayiş etdirərək bunu praktiki əməli ilə təsdiqlədi, bölgədə dinc və birgəyaşayışın, tolerantlığın, kin və nifrətdən uzaq mülayim qonşuluğun modelini yaratdı. 
Azərbaycan lideri yorulmaz fədakarlığı, heyrətamiz diplomatiyası ilə bütün region, yaxın və uzaq coğrafiyaları birgə əməkdaşlıq, həmrəylik körpüsündə daha sıx birləşdirdi, enerji, nəqliyyat, logistika, kommunikasiya ailəsini möhkəmləndirdi. Bu təşəbbüskarlıq arxitekturasının növbəti təməli 2025-ci ilin avqust ayında Vaşinqtonda qoyuldu, sülh sazişinin paraflanması isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması və geri dönməz sülh qapısına ayaq qoyması demək idi. 
Azərbaycanın irəlilətdiyi sülh prosesi Ermənistan üçün də nicat qapılarını açdı. Son yarım ildə Qazaxıstan və Rusiyadan Azərbaycan üzərindən bu ölkəyə logistik axının başlanması, digər ölkələrlə inteqrasiyanın qurulması, eləcə də Azərbaycanın özünün Ermənistana yanacaq satması bölgədə etimad habının əsasını qoydu, uzunömürlü sülhə inamı gücləndirdi. 
Bakının xoşməramlı şərtləri və sülh proqramı bölgədəki bütün ölkələrin və xalqların rifahına xidmət edən yeni iqtisadi-humanitar platforma kimi təqdir olunur. Azərbaycan Prezidentinin başlatdığı quruculuq və bərpa prosesi Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsini formalaşdırması, yeni iqtisadi bağlantılar üçün əlavə fürsətlər yaradır. Bu mütərəqqi yanaşma və humanizm səyləri bir daha dövlətimizin yalnız hərbi qüdrətinin deyil, həm də strateji baxışının və beynəlxalq təhlükəsizliyə sadiqliyinin dünyaya nümayişi deməkdir. 
Bütün bu faktorlar və digər mühüm amillər Prezident İlham Əliyevin layiqincə yerinə yetirdiyi mötəbər sülh və humanitar quruculuq missiyasının müasir dünya siyasi salnaməsində öz tarixi dəyərini aldığını təsdiqləyir. Beləliklə, bu tarixi gerçəkliyi dəyərləndirən Şeyx Zayed Fondunun layiq gördüyü "Zayed İnsan Qardaşlığı Mükafatı"nın cənab Prezidentə verilməsi də ardıcıl və davamlı missiyanın tərənnümü və təcəssümüdür.

Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymət

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
скачать dle 10.6фильмы бесплатно


310

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.