• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib

23-01-2026, 19:00 | Baxılıb: 197
“Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Diaspor.info xəbər verir ki, komitə sədri Zahid Oruc əvvəlcə dünyada və regionda baş verən ictimai-siyasi proseslərə toxunub, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 10 iclasın keçirildiyini, 11 məsələyə baxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə olunduğunu qeyd edib. Bildirilib ki, ötən sessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciət daxil olub.

Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsal suverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim edilən qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək.

Komitənin üzvləri müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.