• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

30-01-2026, 19:00 | Baxılıb: 240
“Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.

Diaspor.info xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi, siyasi əlaqələrin inkişafını məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycana səfir təyin edilməsindən şərəf hissi duyduğunu deyən Salli-Ann Vinsent bir müddət əvvəl ölkəmizdə olduğunu məmnunluqla xatırladı, əlaqələrimizin genişləndirilməsi üçün səylə çalışacağını qeyd etdi.

Səfir bir neçə gün əvvəl Avstraliyanın milli bayramı münasibətilə dövlətimizin başçısının Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə göndərdiyi məktuba görə minnətdarlığını ifadə etdi.

COP29 çərçivəsində Azərbaycanla Avstraliya arasında qurulmuş əməkdaşlıqdan danışan səfir bu tədbirdə ölkəsinin böyük nümayəndə heyəti ilə təmsil olunduğunu xatırladı. O, həmçinin Avstraliya və Türkiyənin COP31 tədbirini keçirməsi məsələsinə toxunaraq, bu xüsusda Azərbaycanın göstərdiyi səylərin yüksək qiymətləndirildiyini bildirdi.

Salli-Ann Vinsent bu il Azərbaycanın BMT-nin ən mötəbər tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini vurğulayaraq, Avstraliyanın bu tədbirdə də geniş nümayəndə heyəti ilə təmsil olunacağını dedi.

Görüşdə siyasi, iqtisadi, yaşıl enerji və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşdirilməsi işində mühüm rol oynadığı vurğulandı. Gələn il diplomatik münasibətlərimizin 35-ci ildönümünün qeyd ediləcəyi bildirildi.скачать dle 10.6фильмы бесплатно


240

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.