• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

2-06-2026, 18:00 | Baxılıb: 112
“Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

İyunun 1-də Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr təsis edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya verilən məlumata görə, iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziyanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Cim Lipve tərəfindən imzalanıb.

Birgə Kommünikedə Azərbaycan və Mikroneziya hökumətləri, habelə xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təşviq olunması niyyəti ifadə olunur.

Sənəddə, həmçinin hər iki dövlətin hökumətlərinin diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tutduqları vurğulanır.

Birgə Kommünikenin BMT sənədi kimi yayılması məqsədilə BMT Baş katibinə müvafiq məktub ünvanlanıb.скачать dle 10.6фильмы бесплатно


112

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.