UKRAYNADA YAŞAYAN SOYDAŞLARIMIZDAN PREZİDENT İLHAM ƏLİYEVƏ DƏSTƏK GƏLDİ: BİZ SİZİNLƏYİK CƏNAB PREZİDENT.
DÜNYANIN HƏR YERİNDƏ, O CÜMLƏDƏN UKRAYNADA YAŞAYAN SOYDAŞLARIMIZ APARILAN İSLAHATLARDA ÖZ PREZİDENTİNİN YANINDADIR.....
PREZİDENT İLHAM ƏLİYEV BU ADDIMI İLƏ SÜBUT ETDİ Kİ, AZƏRBAYCANDA TOXUNULMAZ MƏMUR YOXDUR, QANUN HAMI ÜÇÜN BİRDİR VƏ BUNA HAMI RİAYƏT ETMƏLİDİR.....
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri.
Diaspor info saytının Ukrayna bürosu, son bir neçə ayda, ölkəmizdə aparılan kadr islahatları və rüşvətxorluğa qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımların bu ölkədə yaşayan soydaşlarımız tərəfindən də, dəstəkləndiyini yazır. Bunu saytımıza öz müsahibəsində “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbər oğlu Ələkbərli deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün də, dediyi kimi dünyada yaşayan bütün soydaşlarımızın, yəni hər bir Azərbaycanlının Prezidentidir. Onu hamı kimi Ukraynada yaşayan soydaşlarımız da, çox sevir.
Mən Ümummilli lider Heydər Əliyev Naxçıvanda “Yeni Azərbaycan Partiyasını” yaratdığı dövrdən YAP-nın üzvüyəm və bununla da, fəxr edirəm.
Uzun illər Səbail rayon icra hakimiyyətində işləyərkən, öz xidmətimlə sübut etmişdim ki, insanlarla təmənnasız və yüksək xidmət edən Dövlət qulluqçusu olmaq elə də, çətin deyildir.
Lakin bu gün, ölkəmizdə gedən proseslər onu deyir ki, Azərbaycanda lazımi və zamanında islahatlar aparılır.
Cənab Prezidentin qətiyyət göstərməsi isə dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız tərəfindən dəstəklənir.
Ziyalı kimi hazırda Azərbaycanda gedən proseslərə fikir bildirməsəydim, sonralar özümü günahkar sayardım.
Baxın icra hakimiyyətinin başçısı həbs olunur və niyə?. Ona görə ki, cənab Prezidentin dəfələrlə xəbərdarlığını qulaqardına vurub, bax bu da, belələrinin sonu.
PREZİDENT İLHAM ƏLİYEV BU ADDIMI İLƏ SÜBUT ETDİ Kİ, AZƏRBAYCANDA TOXUNULMAZ MƏMUR YOXDUR, QANUN HAMI ÜÇÜN BİRDİR VƏ BUNA HAMI RİAYƏT ETMƏLİDİR.
Görünən budur ki, dəfələrlə öz çıxışlarında xəbərdarlıq etməsinə baxmayaraq, yenə də, rayonda özünü padşah kimi aparanlara dərs olmadı. Bu gün yaşı təqaüd vaxtını çoxdan ötmüş dövlət məmurları da, özlərində təpər tapıb istefa ilə cənab Prezidentə müraciət etmək istəmirlər.
Bu gün rayonların çoxunda icra başçıları məhz belə çirkin oyunlarla məşğuldurlar. Onlar orta məktəbə götürülən xadimə, gözətçi vəyaxud da, direktordan pul umurlar.
Son illər Prezidentimiz tez-tez qərarlar verir ki, yeni iş yerləri açılsın. Məsələn, yaşıllaşdırma ilə bağlı, yol kənarlarını təmizləyən fəhlələrin sayının artırılması üçün verilən qərar, sanki icra başçılarına yeni pul, gəlir yeri açmışdı.
Məndə olan məlumata görə Şimal-Qərb rayonlarında, həmin işlərə düzəltmək üçün bir çox vətəndaşdan minlərlə manat rüşvət alınıb. Təsəvvür edirsiniz?, fəhlə işləyərək ayda 250-azn alacaq adamdan, əvvəlcədən bir ilin məvacibini icra başçısı alır?!
Doğrusu başa düşmürəm ki, belə pulu necə yeyə bilirlər.
Bundan əlavə bir şeyi də, xüsusi qeyd etmək istəyirəm. Parlament buraxılandan sonra, bir çox yaşlı deputat, vəyaxud da, uzun illər icra başçısı işləyərək, vətəndaşlara qan udduranlar da, yenidən namizədliyini irəli sürürlər.
Yəni doğrudanmı belələri sanki bir zəli rolunu oynayırlar? Bəlkə doğrudan da, imkan verəsiniz müasir düşüncəli gənclərimizə?
Bu gün Prezident İlham Əliyev Azərbaycanda “Asan” xidmət brendi yaradır, icra başçıları isə tam əksinə, sovetlər birliyi dövründəki “Kolxoz” sədrləri kimi, rayonda, kənddə ağalıq etmək istəyirlər?
İstəyirəm biləsiniz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada digər xalqlar tərəfindən də, sevilir. Onun bir neçə dildə, o cümlədən ingilis dilində sərbəst danışması, intellekti, zəkası, apardığı daxili və xarici siyasət dünyanı heyran edir. Axı niyə biz əlimizdə olanın qədrini bilmirik?
Hesab edirəm ki, biz xaricdə yaşayan soydaşlarımız da, daxil olmaqla, damarında Azərbaycanlı qanı axan hər bir kəs Prezident İlham Əliyevi sevir və onun arxasında dağ kimi dayanıb. Və aparılan son islahatlar, Azərbaycanın dünyadakı imicini daha da, yüksəldəcəkdir.”
Diaspor info
Ukrayna Bürosu.
1 525