Rusiyada qamışlığın yanması bir yanğınsöndürənin həyatını "söndürüb"
Rusiyanın Rostov-Don şəhərində 10 hektar qamışlıq ərazidə güclü yanğın baş verib.
Diaspor.info "TASS" agentliyinə istinadən xəbər verir ki, Çemordaçka küçəsi, 4a ünvanında baş verən yanğının söndürülməsinə Mi-8 vertolyotu və yanğından mühafizə briqadaları cəlb edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Dördüncü çağırışla əraziyə gələn yanğınsöndürənlərdən biri yanğın söndürülərkən həlak olub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, yanğının qəsdən törədilməsi ehtimal edilir.
329