ABŞ-da COVİD-19-un qurbanları artır bir gündə 1234 nəfər
ABŞ-da son gün ərzində yeni növ koronovirusa görə 1.2 min insan dünyasını dəyişib. Diaspor.infonun xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu infeksiyanın yayıldığı gündən dünyada qeydə alınan ən çox ölüm hadisəsidir.
Müvafiq məlumatlar, ABŞ-ın Johns Hopkins Universiteti tərəfindən ölkə rəhbərliyinin, ÜST və digər rəsmi mənbələrin xülasəsi əsasında hesablamalarda qeyd olunub.
Aparılan hesablamalara əsasən, ABŞ-da virusa yoluxanların sayı 215 min 417 nəfər, ölənlərin sayı isə 5116 nəfərə çatıb.
3 873. Gündəlik ən çox COVİD-19 qurbanının sayının əvvəlki rekordu 27 Martda İtaliyada qeydə alınmışdı. 969 nəfər xəstəlikdən öldü. Son gün ərzində xəstəliyə yoluxanların sayı 3 min 873, ölənlərin sayı isə 1243 nəfər olub.
Qeyd edək ki virusa görə ölənlərin sayına görə bundan əvvəlki rekort İtaliyada qeydə alınmışdı. Belə ki martın 27-də İtaliyada bir gündə 969 nəfər dünyasını dəyişmişdi.
ABŞ-da ən çox ölüm sayı Nyu-Yorkda qeydə alınıb. Orada ölənlərin sayı 1 374 nəfər çatıb. Məlumatlara görə ABŞ-da virusa görə ölüm halı Vayominq ştatında qeydə alınmayıb.
Müəllif: Nailə Məhərrəmova