ABŞ ÜST üçün yüz milyonlarla dollarlıq maliyyəni dayandırır
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp koronavirusun yayılmasında günahlandırdığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırdığını açıqlayıb.Diaspor.info bunu xarici KİV-lərə istinadən xəbər verir.
Tramp Ağ Evdəki Koronavirusla Mübarizə Qüvvələri ilə bağlı təşkil edilən gündəlik mətbuat konfransında gündəliyi müzakirə edib.
Tramp ÜST-nın virusun dünyada yayılmasına görə ciddi məsuliyyət daşıdığını və təşkilatın bu mövzuda dünyanı yanıltdığını bildirib.
Təşkilatın Çinə işlədiyini bildirən Tramp, "Bu gün rəhbərliyimə Dünya Səhiyyə Təşkilatına verdiyimiz fondu dayandırmağı tapşırıram. Orada nə baş verdiyini hamı bilir" deyə bildirib.
Bu qərarı verərkən Tramp rəhbərliyi "ÜST-nın epidemiya ilə bağlı səhlənkarlıqlarını və ört-basdırlarını qiymətləndirir" deyə əlavə edib.
ABŞ-ın ÜST-na illik 400-500 milyon dollar arası maliyyə ayırdığını ifadə edən Tramp, "Çin bunun qarşılığında yalnız 40 milyon dollar verir" deyib.
ÜST-nın "Çindən gələn səyahətlərin dayandırılması" çağırışlarına məhəl qoymadığını və bunun böyük bir səhv olduğunu iddia edən Tramp, Çindən ABŞ-a səyahətlərini onlara baxmadan dayandırdığını təkrarlayıb.
Müəllif: Aysel Məmmədova