Büdcədən qalan bütün pullar COVID-19 ilə mübarizəyə ayrılır - AB tərəfindən
Avropa Birliyi koronavirus pandemiyası ilə yanaşı, onun fəsadları ilə mübarizə üçün 2020-ci il büdcəsindən demək olar ki, bütün vəsaitləri ayırmaq qərarına gəlib.
Diaspor.info "RenTV"-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "RİA Novosti" məlumat yayıb.
"Bu gün Şura, COVID-19 böhranına reaksiya üçün vəsait ayırmaq məqsədi ilə AB-nin 2020-ci il büdcəsinə dəyişiklik edən iki təklifi yazılı şəkildə qəbul edib", deyə agentlik bildirib.
Qeyd olunub ki, sənəddə baş verən dəyişikliklər nəzərə alınmaqla xərclərin məbləğinin 3,57 milyard avro artdığı bildirilir. Nəticədə məbləğ 172,2 milyard təşkil edib. Eyni zamanda büdcə gəlirləri 1,6 milyard avro artaraq cəmi 155,2 milyarda çatıb.
Müəllif: İnam Hacıyev