Yaponiyanın Naha şəhər aeroportunda partlamamış mərmi aşkar ediblər
Yaponiyanın cənubunda yerləşən Naha şəhər aeroportunun əməkdaşları təmir işləri zamanı uçuş-enmə zolağının yaxınlığında partlamamış mərmi aşkar ediblər.
Diaspor.info Kyodo agentliyinə istinadla xəbər verir ki, mərminin aşkar edilməsi nəticəsində aeroportda uçuşların cədvəli dəyişdirilib.
Mərminin uzunluğunun 120 santimetr, diametrinin isə 35 santimetr olduğu bildirilir. Hadisə ilə əlaqədar Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi aeroportdakı iki uçuş-enmə zolağından birini bağlayıb.
Eyni zamanda, aeroportun ərazisində ABŞ hərbi-hava qüvvələrinin bazasının yerləşdiyi bildirilir.
388