Dünya tezliklə əvvəlki qlobalizmə qayıtmayacaq Dmitri Medvedyev
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev hesab edir ki, COVID-19 pandemiyası yaxın illərdə dünyada inkişaf edən qloballaşmanın mümkünsüz olmasına səbəb olub. Diaspor.info RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Medvedev "RİA Novosti" yə video vasitəsilə ilk müsahibəsində deyib.
"Fikrimcə, yaxın illərdə belə fəal qloballığa qayıtmaq mümkün deyil. Əlbəttə ki, ölkələr arasında təmaslar artacaq", deyə Dmitri Medvedyev bildirib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bir çox ölkələr sərhədlərini tamamilə bağlayıb və hava nəqliyyatını dayandırıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya elan edib. ÜST-nin son məlumatına görə, dünyada 2 milyondan çox yoluxma hadisəsi qeydə alınıb və 135 mindən çox insan həyatını itirib.
Müəllif: İnam Hacıyev