Putin, koronavirus peyvəndinin qeydiyyatını sürətləndirilməyi tapşırıb
Putin koronavirusa qarşı peyvəndin qeydiyyatı ilə bağlı işlərin sürətləndirilməsini tapşırıb. Diaspor.info RenTv-yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Səhiyyə Nazirliyinə peyvəndlərin qeydiyyatı ilə bağlı işləri sürətləndirməyi, həmçinin ölkəni dərman istehsalı üçün lazımi avadanlıqla təmin etməyi tapşırıb.
Rusiya lideri səhiyyə naziri Mixail Muraşkoya müraciət edərək qeyd edib ki, gələcək peyvəndlərin istehsalını təşkil etmək üçün əlavə vəsait tələb olunarsa, dövlət onları ayıracaqdır.
Onun sözlərinə görə, görüş zamanı səsləndirilən təkliflər “Qamalei” Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru tərəfindən sistemləşdirilməlidir. Söhbət “lisenziyalaşdırma prosedurlarını, o cümlədən zəruri avadanlıq idxal edərkən gömrükdən gedir.
"Bu inzibati prosedurları sürətləndirmək üçün əlimizdən gələni edəcəyik", deyə Rusiya Federasiyasının rəhbəri bildirib.
Müəllif: İnam Hacıyev