Sebastian Pinera: "Ölkə 2 il normal həyata qayıda bilməyəcək"
Çili prezidenti Sebastian Pinera, koronavirus pandemiyası səbəbiylə ölkənin iki il ərzində əvvəlki vəziyyətinə dönə bilməyəcəyini söyləyib. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısının sözləri “BioBio Çili” radiosu tərəfindən verilib.
Pinera, kütləvi bir peyvənd icad edilənə qədər koronavirusun ölkə vətəndaşları ilə birlikdə olma ehtimalını və iki il çəkə biləcəyini etməyib. Çili rəhbəri ölkənin və vətəndaşların həyatının uzun müddət "əvvəlki normal hala" qayıtmayacağını da proqnozlaşdırıb.
"Koronavirusun uzun müddət aramızda olacaq və bu baxımdan da sağlamlığımızın lazımi müdafiəsini həyatımızın digər tələb və ehtiyacları ilə birləşdirməli və bu şəkildə, yeni bir normada necə yaşamağımızı öyrənməliyik", deyə Pinera bildirib.
Qeyd edək ki, son məlumatlara görə, Çilidə 10 088 koronavirus hadisəsi qeydə alınıb, 133 nəfər ölüb, 4338 nəfər isə sağalıb.
Xatırladaq ki, hazırda 213 ölkədə 2.4 milyon yoluxma hadisəsi qeyd edilib, 165 mindən çox adam ölüb.
Müəllif: İnam Hacıyev