Koronavirus əleyhinə peyvənd uğurla sınaqdan keçdi
COVID-19 əleyhinə Çin peyvəndi meymunlar üzərində uğurla sınaqdan keçirilib. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “BioRxiv” elektron elmi kitabxanasında məqalə dərc olunub.
Dərc olunan məqaləyə görə, Çin həkimləri siçanlarda, siçovullarda və meymunlarda aktiv olmayan bir koronavirus infeksiyası peyvəndinin ilk testlərini uğurla keçirərək bədənlərinin antitel istehsal etməsinə səbəb olublar.
"Siçanlara, siçovullara və primatlara SARS-CoV-2 virusunun ən az on müxtəlif halənə zərərsizləşdirə bilən antitel istehsalına səbəb olan təmizlənmiş aktivləşdirilmiş PiCoVacc peyvəndinin pilot istehsalını təşkil etdik. Bu peyvəndin kiçik və böyük dozaları ilə qismən və ya tamamilə qorunan makakaları COVID-infeksiyadan qorumaq mümkündür", deyə məqalədə bildirilir.
Çin “Sinovac” dərman firmasının alimləri və Çin Elmlər Akademiyasındakı həmkarları, aktiv olmayan virus hissəciklərinə əsaslanan bir peyvənd hazırlamış və sınaqdan keçirmişlər. Bunun üçün Çin, İtaliya, İspaniya və İngiltərədəki koronavirus xəstələrinin ağciyərlərindən maye nümunələri toplanmışdır. Onlardan ən sabiti peyvənd yaratmaq üçün "şablon" seçilib, sonra təsiri siçanlar, siçovullar və meymunlar üzərində sınaqdan keçirilib.
Heyvanların peyvənd olunmasına yaxşı dözdükləri, ilk inyeksiyadan təxminən bir və ya iki həftə sonra çox sayda antitel istehsal etməyə başladığı ortaya çıxib.
Xatırladaq ki, dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni bir növ koronavirusun yayılması barədə məlumat verib. Martın 11-də, ÜST vəziyyəti pandemiya kimi tanıyıb.
Müəllif: İnam Hacıyev