Dünyada koronavirusa yoluxanların bu günə olan statistikası - 2 564 515 nəfər
Dünyada koronavirusa yoluxanların sayı 2 564 515 nəfərə çatıb. Pamdeniya 185 ölkəni cənginə alıb. Diaspor.info xəbər verir ki, bu barədə Con Hopkins universitetinin mənbələrində dərc olunub. Belə ki, pandemiya başladığı vaxtdan 177 466 nəfər sağalıb, 686 nəfər isə sağalıb.
Koronavirusdan daha çox əziyyət çəkən ölkələr ABŞ (824,8 min), İspaniya (204,1 min), İtaliya (183,9 min), Fransa (159,2 min) və Almaniyadır (148,4 min).
COVID-19-un ölüm səviyyəsinə anti-liderlik edən Avropa ölkələridir. Bu rəqəm 10%-i təşkil edir.
Müəllif: Rövşən
347