ABŞ-ın Azərbaycan icmasının üzvü dəm qazından zəhərlənərək dünyasını dəyişib
Aprelin 21-də Florida ştatının sakini olan ABŞ-ın Azərbaycan icmasının üzvü Seymur Hüseynov dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Həmyerlimizin cəsədi Şimali Karolina ştatının Uilminqton şəhərində, avtomobilinin salonunda polislər tərəfindən aşkarlanıb. Uilminqtonun yerləşdiyi Nyu-Hanover dairəsinin polis şerif ofisinin verdiyi məlumata görə, avtomobilin qazı salona sızıb və nəticədə sükan arxasında olan Seymur Hüseynov zəhərlənərək, dünyasını dəyişib. Ölüm hadisəsi ilə bağlı Şimali Karolina polisi istintaqa başlayıb.
Mərhum Seymur Hüseynovun cənazəsinin Azərbaycana aparılması üçün Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən tədbirlər görünür.