“Hər zaman “İlhamla irəli”yə addımlamağa hazırıq” MƏKTUB
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. Diaspor.info İsmayıllı rayon sakini Nərgiz Əsədlinin Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:
Hörmətli cənab Prezident.
Sizə bu ölkənin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu gizli düşmənlə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Sizin uğurlu tədbirləriniz nəticəsində xalqımız bu çətinliyi də geridə qoyacaq. Əminliklə bildirirəm ki, hər bir vətəndaş Sizə inanır, güvənir və Sizi öz yanında hiss edir. Biz birlikdə güclüyük və Sizinlə güclüyük. Yaxşı ki, bizim rəhbərimiz Sizsiniz. Hər zaman “İlhamla irəli”yə addımlamağa hazırıq. Uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun. Sağ olun.