Məktəblər sentyabrda açılacaq Italiyada
İtaliya hökuməti məktəbləri sentyabrda açmağı planlaşdırıb. Diaspor.info xəbər verir ki, bunu Baş Nazir Cüzeppe Konte keçirdiyi videokonfransda deyib. O, bu qərarın uşaqların sağlamlığının qorunması üçün qəbul edildiyini bildirib. Ölkədə mayın 4-dən istehsal və inşaat sahələrinin bərpa edilməsi də planlaşdırıb. Bütün şirkətlərin əməkdaşları maska və əlcək taxmalı, qaydalara ciddi əməl etməlidirlər.
347